Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib.
Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10,6 %, kəmiyyət olaraq – 3,6 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ekvadordan 41,61 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 11,4 % çoxdur) 39 min 534 ton (+4,3 %), İrandan 13,66 min ABŞ dolları dəyərində (+12 dəfə) 9,22 ton (+51 dəfə), Çindən 10,27 min ABŞ dolları dəyərində (+3 dəfə) 2,62 ton (+2,6 dəfə), Almaniyadan 0,19 min ABŞ dolları dəyərində (-21 %) 0,02 ton (-33,3 %), Kolumbiyadan 0,13 min ABŞ dolları dəyərində (-79 %) 0,01 ton (-83 %) məhsul alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 56 min ton bananın 98,97 %-i Ekvadorun payına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 30 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















