Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

Azərbaycan İsrailə neft satışını dayandırdı?

Azərbaycan İsrailə neft satışını dayandırdı?

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Türkiyə Fələstin üçün özün öldürür, Mahmud Abbas isə uyğur türklərinə qarşı Çinə dəstək verir

İsrailin “Haaretz.com” saytı yazır ki, Azərbaycan Türkiyənin etirazlarına baxmayaraq, İsrailə neft ixracına davam edəcəyinə söz verib. İsrail mənbələri sayta bildirib ki, neftin İsrailə satılması ilə bağlı ölkə daxilində etirazlarla üzləşən Ərdoğan hökumətinin təzyiqlərini səngitmək məqsədilə Azərbaycan İsrailə birbaşa ixracı dayandırmaq qərarına gəlib. Azərbaycan İsrailə neft ixracı ilə bağlı rəsmi məlumat verməyi dayandırsa da, İsrailə neft tədarükünü davam etdirəcək.
Xatırladım ki, Azərbaycan İsrailin neftə olan tələbatının 40 faizini ödəyirdi. Yəni bu həcmdə olan bir bazardan Azərbaycanın imtina etməsi böyük itkilər deməkdir. Həm də söhbət İsraildən gedir. Bu ölkə Azərbaycan üçün xüsusi statusdadır, həyati əhəmiyyət daşıyır.
O da sirr deyil ki, Azərbaycan və İsrail arasında dostluq münasibətləri Türkiyədə narazılıqla qarşılanır. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə-Azərbaycan media nümayəndələrinin görüşü zamanı Azərbaycan-İsrail əməkdaşlığı, Qəzzada baş verən soyqırımında Azərbaycanın “töhfəsi” haqqında materiallar dərc edən bəzi Türkiyə qəzetlərinə açıq şəkildə etirazını bildirdi: “Bu, bizim qəlbimizə toxunur”.
H. Hacıyev Qarabağ məsələsi ilə bağlı İsraildən alınan hərbi, diplomatik dəstəkdən danışdı, sonra isə Azərbaycanın İsrailə neft satdığı ittihamlarına cavab verərək, bu ittihamları irəli sürənlərin hətta neft bazarının necə işlədiyindən belə xəbərsiz olduğunu söylədi. Bildirdi ki, Azərbaycan nefti Türkiyə limanına çatdırılır. Oradan isə müxtəlif gəmilər nefti müxtəlif ölkələrə daşıyırlar...
Sosial şəbəkələrdə Türkiyə vətəndaşları Azərbaycanı Qəzzanı bombalayan İsraillə əlaqələr qurmaqda günahlandırırlar. Türkiyəli millət vəkili Ömer Faruk Gergerlioğlu İsraili dost adlandırdığı üçün Azərbaycanı tənqid edib: "İsrailə dostumuz deyirsiniz. Ondan sonra da "iki dövlət, bir millət". Belə şey olarmı?! Utanın, körpələr ölərkən, əməkdaşlıqmı olar?!"

Türkiyədə bu kimi populist çıxışlar tez-tez olur. Xatırladım ki, 2023-ü il iyunun 15-də Fələstin lideri Mahmud Abbas Pekində olarkən Çin Xalq Respublikasının Sədri Si Cinpinə belə demişdi: "Bəzi insanların gündəmə gətirdiyi uyğur məsələsi insan haqları məsələsi deyil. Bu, Çinin terrorizm, ekstremizm və separatizmlə mübarizəsidir. Fələstin hökuməti həmişə Çinin mübarizəsini dəstəkləyib. Fələstin həmişə Çinə inanıb".

Qeyd edək ki, Çin 1 milyondan artıq uyğur türkünü zindanlarda çürüdür. Fələstin lideri isə Çinə bu məsələdə açıq və birmənalı şəkildə dəstək verir.

O vaxt MHP sədri Dövlət Baxçalının bu məsələ ilə bağlı çıxışı sosial şəbəkələrdə gündəmə çevrildi.
Sayın Baxçalı bildirdi ki, M.Abbas uzun müddətdir Çinin uyğur türklərinə qarşı zülmünə dəstək verir:

“Bir müddət öncə Çində səfərdə olan Mahmud Abbas Pekinin Uyğur Bölgəsindəki tədbirlərini bir daha haqlı hesab edib və deyib ki, Çin terrorçularla mübarizə aparır. Tez-tez Çinlə Fələstinin dost olduğunu səsləndirən Abbas bu dəfə uyğur türklərini terrorçu adlandırıb”.

Mahmud Abbasın bu açıqlamasının türk millətinə qarşı haqsızlıq olduğunu deyən Baxçalı illərdir Türkiyənin İsrail işğalına qarşı Fələstinin yanında olduğunu xatırladıb.

“Fələstin lideri PKK və ya FETÖ-ya səsini çıxardımı? Bizə dəstək mesajı paylaşdımı? Etməyi ağlından belə keçirmədi. Terror Şərqi Türküstanda deyil, Qəndildədir”, - Baxçalı bildirdi.
Onu da qeyd etmək gərəkir ki, Fələstin PKK və ASALA-ya açıq şəkildə dəstək verib, öz hərbi bazalarında onlara təlimlər keçib. PKK lideri Abdullah Öcalan Türkiyə tərəfindən həbs olunanda Fələstində xalq küçələrə axışdı və Türkiyə əleyhinə şüarlar səsləndirdi. Bu kadırlar indi də İnternetdə dolaşır.

Onu da xatırlatmaq gərəkir ki, MHP sədri Dövlət Baxçalı 2024-cü ildə də Mahmud Abbası "topa tutmuşdu". Niyə? O vaxt İsrail xarici işlər naziri prezident Tayyib Ərdoğanı hədəf almışdı. Türkiyə Paralmenti Fələstin Muxtariyyətinin sədri Mahmud Abbası Böyük Millət Məclisində çıxış etmək üçün rəsmi dəvət etmişdi. Ancaq Fələstin prezidenti Mahmud Abbas İsrailin əleyhinə danışmaqdan yayınmaq üçün Türkiyə Böyük Millət Məclisinin dəvətindən imtina etmişdi.
Ümumiyyətlə, Fələstin həmişə Türkiyənin və türklərin əleyhinə olub. Məsələn, Azərbaycan-Ermənistan qarşıdurmasında da Fələstin həmişə ermənilərin yanında olub. Fələstin Azadlıq Təşkilatının (FAT) sədri Yasir Ərəfat isə özünü erməni adlandırmaqdan belə çəkinməmişdi.

Azerbaijan Promised to Keep Exporting Oil to Israel Despite Turkish Objections, Israeli Source Says - Israel News - Haaretz.com

Elbəyi HƏSƏNLİ, SÜRİX

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 İyun 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see296

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri