Azərbaycan İstanbulda keçirilən XXV Türk Dünyası Uşaq Şənliyində təmsil olunub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
İstanbul, 31 may, Günel Karatepe, AZƏRTAC
İstanbulda Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən növbəti, XXV Türk Dünyası Uşaq Şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, şənliyə 16 ölkədən ümumilikdə 250-yə yaxın iştirakçı qatılıb. Ölkəmiz tədbirdə Bakı Atatürk Liseyinin şagirdləri tərəfindən təmsil olunub.
Şənlikdə liseyin “Qarabağ” rəqs qrupu tərəfindən “Azərbaycan rəqsi”, XVI Türk Dünyası Səs Müsabiqəsində isə Mirəlmir Abdullayevin ifasında “Yaşa Azərbaycan” mahnısı ifa edilib.
Səs yarışmasının münsiflər heyətində ölkəmizdən Əməkdar artist Turan Manafzadə və Türkiyənin Qazi Universitetinin doktorantı, tarzən Pərviz Musayev yer alıblar.
Şənliyin aparıcısı İstanbul Universitetinin doktorantı, “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan Rüzgarı” proqramının müəllifi və aparıcısı Səidə Ömər olub.
O, tədbirdə Türk dünyası ədəbiyyatından səsləndirdiyi şeirlərlə qonaqların böyük marağını qazanıb.
Dörd gün davam edən şənliyin sonunda vəqf tərəfindən iştirakçılara hədiyyələr və sertifikatlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 31 May 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















