Icma.az
close
up
RU
Azərbaycan Özbəkistanda keçirilən festivalda və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur

Azərbaycan Özbəkistanda keçirilən festivalda və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 aprel, AZƏRTAC

Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Baxşı Sənəti Festivalı və tədbir çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu keçirilir.

Aprelin 26-dan 28-dək keçirilən festival Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşır.

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti festival və forumda iştirak edir.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Festivalın açılış mərasimində, həmçinin TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er, Qırğızıstan mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və digər rəsmilər, eləcə də 40-dan çox ölkədən 200-ə yaxın elm və mədəniyyət xadimi, ifaçılar iştirak edirlər.

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxışında qeyd edib ki, son illər qardaş ölkələrdə təşkil olunan beynəlxalq festivallar, müsabiqələr, konfranslar xalqlarımızın mənəvi birliyinin təmin olunması, ümumi dəyərlərimizin qorunub saxlanılması və mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

Özbək nazir 2023-cü ilin oktyabrında Azərbaycanın Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunun dostluq münasibətlərimizin dərinləşməsində, əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlməsində mühüm rol oynadığını deyib.

IV Beynəlxalq Baxşı Sənəti Festivalı haqqında danışan nazir Özbəkistanda şifahi xalq yaradıcılığının gözəl və nadir nümunəsi olan baxşılıq (aşıq) sənətinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Deyib ki, iki ildən bir keçirilən festival bu ulu sənətin yaşadılması və təbliği baxımından əhəmiyyətli tədbirdir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək iki qardaş ölkə arasında əlaqələrin digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də bu gün intibah dövrünü yaşadığını bildirib.

Forumun UNESCO, ICESCO-nun himayəsi və türk əməkdaşlıq təşkilatlarının tərəfdaşlığı ilə keçirilməsinin əhəmiyyətini vurğulayan nazir deyib: “Bu gün Xivə şəhəri növbəti mötəbər tədbirə ev sahibliyi etməklə yanaşı, həm də Türk dünyasının ortaq dəyərlərini qorumaq, mühafizə və beynəlxalq səviyyədə təbliğ etmək missiyasını öz üzərinə götürmüş beynəlxalq təşkilatlar, dövlət qurumları, akademik dairələr, mədəniyyət xadimləri, media nümayəndələrini bir araya gətirib. İnanırıq ki, forumda aparılacaq müzakirələr, qəbul olunacaq qərarlar Türk dünyasında mədəni əməkdaşlığın dərinləşməsinə və birliyimizin möhkəmlənməsinə mühüm töhfə verəcək”.

Qeyd olunub ki, son iki ildə Türk və İslam dünyasının mədəniyyət paytaxtı missiyasını yerinə yetirmiş Azərbaycanın Şuşa şəhəri 2023-cü ildə I Türk Dünyası Mədəniyyət Forumuna da uğurla ev sahibliyi edib. “İlk Forum Türk dünyasının əməkdaşlıq təşkilatları və iştirakçı dövlətlərin mədəniyyət institutlarını bir araya topladı, müvafiq sahələr üzrə ortaq problemlərin müzakirəsi və həlli üçün platforma yaradıldı. Müxtəlif sahələri təmsil edən ziyalılarımız və mütəxəssislərimiz üç vacib mövzu – ortaq mədəni irs, dil və yaradıcı sənayelər ətrafında müzakirələr apardılar və mədəniyyətimizin gələcəyi üçün innovativ həllər formalaşdırıldı. Birinci Forumda Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə ilk dəfə Türk Dünyası Mədəni Marşrutu layihəsi təqdim edildi, mədəni irs sahəsi üzrə rəhbər şəxslərin ilk görüşü keçirildi və Türk Animasiya Assosiasiyasının təsis edilməsi təşəbbüsü müzakirə edildi. Sevindirici haldır ki, birgə təşəbbüsümüz dövlət başçılarının da təqdirinə layiq görülüb. Ötən ilin noyabrında Bişkek şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşündə dövlət başçılarımız II Türk Dünyası Mədəniyyət Forumunun 2025-ci ildə keçirilməsinin önəmini vurğulayıblar.

Əminəm ki, Şuşada başladığımız və qala-şəhərimizlə qardaşlaşan Xivədə davam edən dayanıqlı mədəni əməkdaşlıq formatı bizim üçün yeni üfüqlər açacaq”, – deyə Adil Kərimli bildirib.

Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli mədəniyyət siyasətinin qayəsində türk dövlətləri, təşkilatları və xalqları ilə əməkdaşlığın dərinləşdirilməsi, ortaq dəyərlərimizin birgə təbliği dayanır: “Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” sözləri Azərbaycanın bütün dövlət qurumları, o cümlədən Mədəniyyət Nazirliyi üçün rəhbər şüara çevrilib. Bununla yanaşı, ötən ilin iyul ayında Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü zamanı Prezident İlham Əliyevin “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” ifadəsi bizim fəaliyyətimizdə əsas məqsəd və əsas amaldır”.

Bildirilib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə qardaş ölkələr tərəfindən verilən töhfə ortaq tarixi-mədəni irsimizə ehtiramın bariz nümunəsidir. Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin inşası, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması, eləcə də Ağdam rayonunun Xıdırlı kəndində Qırğız Respublikasının təşəbbüsü ilə inşası davam edən orta məktəb əsl qardaşlıq və həmrəyliyin təzahürüdür. Bu cür layihələr təkcə infrastruktura deyil, həm də Türk dünyasının ortaq yaddaşının yenidən qurulmasına xidmət edir.

Nazir çıxışının sonunda festivalın və forumun işinə uğurlar arzulayıb.

Digər çıxış edənlər də hər iki tədbirin Türk dünyasının birliyi və əməkdaşlığı üçün vacibliyini vurğulayıb, bu cür mədəniyyət layihələrinin davamlı təşkilinin önəmini diqqətə çatdırıblar.

Qeyd edək ki, IV Beynəlxalq Baxşı Sənəti Festivalı çərçivəsində “Yeni Özbəkistanda baxşı sənəti: müasir tədqiqatlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans da keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri