Icma.az
close
up
RU
Azərbaycan İtaliya əlaqələri: “Siyasi dialoq yüksək səviyyədədir”

Azərbaycan İtaliya əlaqələri: “Siyasi dialoq yüksək səviyyədədir”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”.

Bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı sentyabrın 30-da mətbuata verdiyi bəyanatda deyib.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, İtaliya Prezidenti Azərbaycanda ikinci dəfə gəlib:

“Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim.

Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır”.

Prezident onu da vurğulayıb ki, bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib:

“Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir.

Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik”.

Qeyd edək ki, Azərbaycanla İtaliya arasındakı münasibətlər uzun illərdir inkişaf etməkdədir. Tərəflər arasındakı inkişaf dinamikası özünü bütün sahələrdə biruzə verir. Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə də bunun kulminasiya nöqtıəsi oldu.

Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan-İtaliya münasibətləri strateji xarakter kəsb edir:

“Üstəlik, mövqeyimiz fundamental məsələlərdə üst-üstə düşür. Xüsusilə iki ölkə arasındakı siyasi dialoq yüksək səviyyədədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə İtaliyada rəsmi və işgüzar səfərlərdə olub. Eyni zamanda, İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə səfərlər edib. Əlaqələrin inkişafının mühüm göstəricisi iqtisadi sfera ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın iqtisadi tərəfdaşları sırasında ticarət dövriyyəsinin səviyyəsinə görə İtaliya birinci yerdədir”.

Millət vəkili əlavə edib ki, Azərbaycan bu gün 14 dövlətə qaz satışını həyata keçirir:

“Onlardan 10-u Avropa, 8-si isə Avropa İttifaqı ölkəsidir. Həmin ölkələrdən birincisi də məhz İtaliyadır. Bu ölkə ilə enerji təhlükəsizliyi sferasındakı əlaqələrimiz ən yüksək səviyyəyə çatıb. Həmçinin, İtaliya hər zaman bizim haqq işimizi müdafiə edir. Xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində də İtaliyanın mövqeyi hamıya bəllidir. Onlar hər zaman Azərbaycanın ərazi bötüvlüyü və suverenliyini dəstəkləyiblər. İtaliya dövləti 8 avqtusda Vaşinqtonda Bakı ilə İrəvan arasında olan tarixi razılaşmanı da yüksək qiymətləndirib”.

Deputat qeyd edib ki, iki ölkə arasında digər sahələrdə də inkişaf edir:

“Azərbaycanla İtaliya arasında humanitar, təhsil və mədəniyyət sahəsində də əlaqələrin böyük potensialı var. Təsadüfi deyil ki, ikitərəfli əlaqələrin inkişafı fonunda ölkəmizdə Azərbaycan-İtaliya Universitetinin yaranmasına şərait yaradıb. Bu, həm də təhsil sahəsindəki əməkdaşlığımızın yüksək səviyyəsindən xəbər verir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan İtaliya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see203

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see186

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see173

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see163

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see143

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see138

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see135

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see133

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri