Icma.az
close
up
RU
Belarusiya Azərbaycan əlaqələri ən yüksək səviyyədədir

Belarusiya Azərbaycan əlaqələri ən yüksək səviyyədədir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 17-də Belarus respublikasının Azərbaycandakı səfirliyində kütləvi informasiya vasitələrinin nümayəndələri və ictimai xadimlərlə görüş keçirilib. Görüşü Belarusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç açaraq, Azərbaycan–Belarusiya hərtərəfli əlaqələrinin uğurlarından danışmış, 2025-ci ildə görülən işlər haqqında jurnalistlərə ətraflı məlumat vermişdir. Dmitri Pineviç görüşdə bildirdi ki, Belarusiya səfirliyi ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə informasiya mübadiləsini ən yüksək səviyyədə təşkil və davam etdirəcək. Xüsusilə səfir qeyd etdi ki, bu əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsi üçün ictimai-siyasi xadimlər, sahibkarlar, müxtəlif dövrlərdə Belarus diplomatıarı və dipıomatik missiyanın indiki kollektivi öz töhfəsini verib. Səfir çıxışına davam edərək dedi: “Yola salınan il qlobal beynəlxalq gündəmdə artan turbulentlik və parçalanmaya baxmayaraq, münasibətlərdə strateji tərəfdaşlığın möhkəmlənməsi ilə səciyyələnib. Hər iki ölkənin prezidentləri müdrik rəhbərlikləri ilə konstruktiv qarşılıqlı fəaliyyət nümunəsi nümayiş etdirirlər. Onların siyasi portfelində 12 ikitərəfli səfər və beynəlxalq platformalarda dəfələrlə görüşlər yer alır”. 

Dmitri Pinkeviç onu da qeyd etdi ki, 2025-ci ildə Belarus respublikasının Baş naziri Aleksandr Turçinin və parlamentin Respublika Şurasının sədri Natalya Koçanovanın, həmçinin onun müavininin Azərbaycan Respublikasına səfərləri müvəffəqiyyətlə həyata keçirilib. Bu səfərlər Azərbaycan Konstitusiyasının 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək məramı daşıyıb. Səfir çıxışına davam edərək, bildirib ki: “Səfirlik bu mövzu ilə bağlı Bakıda keçirilən MDB parlamentlərarası Assambleyasının konfransında da fəal iştirak edib. Beynəlxalq platformalarda Belarusun dəstəklənməsinə görə Azərbaycana səmimi minnətdarlığımızı bilıdiririk və hər zaman qarşılıqlı şəkildə cavab veririk. Azıərbaycan Belarusun Asiya Parlament Assambleyasında müşahidəçi statusu almasına dəstək verib. Belarus isə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində vəı YUNESKO-nun orqanlarına keçirilən seçkilərdə ölkəmizi dəstəkləyib”.

Diplomat Dmitri Pineviç iqtisadi-ticari əməkdaşlığın qarşılıqlı dəstəyinə də öz münasibətini bildirərək, deyib: “Oktyabr ayında Bakıda Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın 15-ci iclası keçirilib. İlk dəfə olaraq iclas iki gün davam edib və Qarabağa səfəri əhatə edib. Orada, həmçinin birgə layihələrimiz həyata keçirilir”. 

Belarus səfiri sənaye kooperasiyasının inkişaf etdirilməsinə münasibətini bildirərək, vurğulayıb ki, Gəncə Avtomobil Zavodunun bazasında sistemli iş görülür və yarandığı vaxtdan bugünədək zavodda 14.000 (on dörd min) Belarus traktoru yığılıb. Hazırda yanğın-xilasetmə və digər texnikaların yığımı da həyata keçirilir. Bundan əlavə, “Vertus” şirkətinin Belarus-Azərbaycan birgə istehsalı olan 279 lift buraxılıb. 

Dmitri Pineviç Azərbaycanda əczaçılıq sənayesinin yüksək səviyyədə inkişafına da münasibətini bildirmişdir: “Mən cənab Prezidentin də açılışında iştirak etdiyi əczaçılıq zavodlarını görmüşəm. Mütəxəssis kimi qeyd etməliyəm ki, istifadəyə verilmiş müəssisələrin səviyyəsi çox yüksəkdir və bu yeni dərman vasitələrinin istehsalı üçün böyük potensial yaradır”. 

Səfir birgə humanitar əməkdaşlığı da yüksək qiymətləndirərək bildirmişdir ki, ötən il ərzində birdəfəlik aksiyalardan daimi qarşılıqlı fəaliyyətə keçid olunub. Diplomat qeyd etmişdir ki, iki ölkənin ali təhsil müəssisələri arasında müxtəlif istiqamətlər üzrə 70-dən çox əməkdaşlıq sazişi mövcuddur. Səfir onu da əlavə edib ki, tərəfdaşlığın inkişafı fonunda ikili Azərbaycan və Belarus diplomlarının verilməsi ilə birgə təhsil proqramlarının yaradılması diqqət mərkəzindədir. Diplomat çıxışına davam edərək deyib: “Belarus tərəfindən Azərbaycanın peşə təhsili sisteminin modernləşdirilməsi məsələləri üzrə məsləhət dəstəyi göstərilib. Bu, Prezident İlham Əliyevin 2030-cu ilədək 21 yeni peşə məktəbinin istifadəyə verilməsi barədə qərarı fonunda xüsusi aktuallıq kəsb edir”. 

Dmitri Pineviç hazırda səhiyyə sahəsində də birgə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də iş aparıldığını vurğulayıb. Xüsusilə transplantologiya, onkologiya və ortopediya sahələrində birgə fəaliyyətin göstərilməsi üçün işlər aparılır. 

Səfir turizm mövzusuna da toxunaraq bildirib ki, 2026-cı ildən etibarən Belarus respublikasında turizm sahəsində birbaşa hökümətə tabe olan yeni dövlət qurumu – Milli Turizm Agentliyi fəaliyyətə başlayacaq. O, çıxışına davam edərək deyib: “Tibbi turizm” və tarixi əhəmiyyətli məkanlara turist səfərləri sahələri də daxil olmaqla, bir-birimizi tamamlayacaq bir çox sektorlarımız var”. 

Dipıomat  2025-ci ilin yekunlarına nəzər salaraq bu ilin Belarus respublikası üçün mühüm əhəmiyyət daşıdığını xüsusi olaraq qeyd edib:

“Bu il ilk növbədə Böyük Vətən müharibəsində ümumi Qələbəmizin 80 illiyi ilə bağlıdır. Azərbaycan nümayəndələri Minskdə keçirilən tədbirlərdə iştirak ediblər. Yubiley münasibətilə iki fundamental kitab nəşr olunub və onların müəllifləri bu görüşə qatılıblar. Akademik Ziyad Səmədzadə media nümayəndələrinə “Bakı nefti, Faşizm üzərində Qələbənin açarı” adlı əsərini təqdim edib”. 

Səfir həmçinin Belarus torpaqlarının Alman faşist işğalçılarından azad edilməsində qəhrəmancasına döyüşən azərbaycanlıların ölməz xatirəsinin öz ölkəsində daima böyük ehtiramla yad edildiyini qeyd edib. 

Səfir Dmitri Pinkeviç jurnalistlərə Belarus respublikasının 20 il ərzində yenilənmiş Milli Atlası haqqında məlumat verərək, bildirib ki, Belarus dövlətinin vizit kartı sayılan bu fundamental elmi-məlumat xarakterli kartoqrafik nəşr 20 fəsildən, 700-dən çox xəritədən, eləcə də zəngin illüstrativ və mətn materiallarından ibarətdir. 

Diplomat çox vacib siyasi məsələni anons edərək, onu da bildirdi ki, sabah, 18 dekabrda Minsk şəhərinə yola düşür, Belarusiyada ÜmumBelarus xalq yığıncağı keçiriləcək. Bu Konstitusiya orqanıdır. Bu orqanda parlamentin üzvləri, bütün regionlardan nümayəndələr, siyasi partiyalar və ictimai təşkilatlar birləşir. Nümayəndələr Prezident Aleksandr Lukaşenkonun Belarus xalqına və parlamentə müraciətini dinləyəcəklər. 2026-2030-cu illərdə Belarus Respublikasının sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq. 

KİV nümayəndələri ilə görüşün sonunda səfir Dmitri Pinkeviç Belarusiya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişaf etdirilməsində xidmət göstərən bir neçə jurnalistə, iş adamlarına diplomlar təqdim etdi və görüş iştirakçılarını qarşıdan gələn 2026-cı il münasibətilə təbrik edərək, onların hər birinə yaradıcılıq uğurları, nailiyyətlər arzuladı. 

Kəmalə Abdinova
XQ                      

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri