Azərbaycan “Junction 2024” hakatonunda qalib oldu FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Azərbaycan, Finlandiyada ilk dəfə təmsil olunduğu "Junction 2024” hakatonunda qalib olub.
AZXEBER.COM xəbər verir ki, Elm və Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnkişafı Fondunun və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə EESTEC Baku tərəfindən təşkil olunan JunctionX Baku’24 tədbirinin qalibi olan Evergreen komandası 8-10 noyabr tarixlərində Helsinkidə keçirilən qlobal tədbirdə iştirak edərək Fingrid tərəfindən təşkil olunan "Empowering Development Transparency" (İnkişafın Şəffaflığını Gücləndirmək) adlı çağırışda qalib gəlib və 1,500 avro mükafat qazanıb.
Junction 2024, 80-dən çox milləti təmsil edən, dünyanın müxtəlif yerlərindən gələn 1,000-dən çox seçilmiş iştirakçını bir araya gətirib və tədbir ərzində 48 saatda 250-dən çox layihə yaradılıb.
Qalib komandamızı təbrik edir,gənclərimizə daim uğur və nəaliyyət arzu edirik!
Baxış sayı:66
Bu xəbər 19 Noyabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















