Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir FOTO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Həftənin əvvəlindən Rusiya mediası İlon Maska belə demək mümkünsə, meydan oxuyur.
Avtosfer.az xəbər verir ki, bütün saytlar Permdə “Russo-Balt” adlı avtomobilin yaxın vaxtlarda istehsala başlanacağını yazır. Bu yolla həm də Çar Rusiyasına məxsus brend həyata yenidən vəsiqə alacaq. Yeni elektromobil “Tesla Cybertruck”a bənzəyir, onun kimi paslanmayan poladdan hazırlanacaq.
Lakin rus elektrokarının mühərriki Maskın modelindən fərqli olaraq 850 deyil, 250 kilovat olacaq. Bu gün isə məlum olub ki, yeni maşın əslində Çinin
“Weiqiao V90” modelinin adı dəyişmiş formasıdır. Maşın ötən payızda təqdim edilsə də, Çində hələ ki bazara çıxmayıb.
Qeyd edək ki, “Russo-Balt” markalı avtomobillər 1908-1919-cu illərdə Riqa və Peterburqda istehsal edilib. Sovet hökuməti qurulduqdan sonra Peterburqdakı zavodun təyinatı dəyişdirilərək hərbi avadanlıq istehsalı üzrə ixtisaslaşıb.
Vüqar Yaşaroğlu
Oxunub 30
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 03 Fevral 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















