Azərbaycan karateçiləri Avropa çempionatında iştirak edəcəklər
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın yeniyetmə və gənc karateçiləri Polşanın Bielsko-Biala şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Bu barədə "Report"a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığma yarışda 28 nəfərdən ibarət heyətlə, baş məşqçi Anar Allahverdiyev, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.
Beynəlxalq dərəcəli referilər Cahangir Babayev və Rənad Əliyev turnirdə hakim qismində çıxış edəcəklər.
Qeyd edək ki, fevralın 7-də start götürəcək Avropa çempionatı üç gün davam edəcək.

Azərbaycan milliləri Avropa çempionatında iştirak edəcəklər
20 Noyabr 2024 02:12
Azərbaycan cüdoçusu klublararası Avropa çempionatında iştirak edəcəklər
28 Noyabr 2024 13:58
Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər
08 Noyabr 2024 14:39
Şahmatçılarımız Avropa çempionatında İŞTİRAK EDƏCƏKLƏR
07 Noyabr 2024 19:36

