Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azərbaycan kənd təsərrüfatı sahəsində böyük potensiala malik ölkədir

Azərbaycan kənd təsərrüfatı sahəsində böyük potensiala malik ölkədir

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər bir daha göstərir ki, bu sahə artıq yalnız iqtisadi istiqamət deyil, həm də milli təhlükəsizlik və strateji inkişaf məsələsidir. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün dünyada gedən mürəkkəb proseslər, iqlim dəyişiklikləri, qlobal iqtisadi böhranlar, logistika problemləri və ərzaq bazarında baş verən dalğalanmalar kənd təsərrüfatı istehsalına ciddi mənfi təsir göstərir. Belə bir şəraitdə Azərbaycan dövlətinin kənd təsərrüfatının inkişafını prioritet sahələrdən biri kimi müəyyən etməsi uzaqgörən siyasətin nəticəsidir.

Son illərdə dünyada müşahidə olunan quraqlıq, su çatışmazlığı, torpaq eroziyası və ekoloji problemlər bir çox ölkələrdə məhsuldarlığın azalmasına səbəb olmuşdur. Ərzaq məhsullarının qiymətlərində artım, bəzi dövlətlərin ixrac məhdudiyyətləri tətbiq etməsi qlobal ərzaq təhlükəsizliyi məsələsini daha da aktuallaşdırmışdır. Prezident İlham Əliyevin çıxışında bu çağırışlara xüsusi diqqət yetirməsi Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm istiqamətlərindən xəbər verir.

Azərbaycan kənd təsərrüfatı sahəsində böyük potensiala malik ölkədir. Münbit torpaq ehtiyatları, müxtəlif iqlim qurşaqları və zəngin kənd təsərrüfatı ənənələri ölkəmizdə aqrar sahənin inkişafı üçün geniş imkanlar yaradır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illərdə kənd təsərrüfatında mühüm uğurlar əldə olunmuş, fermerlərə dövlət dəstəyi gücləndirilmiş, subsidiyalar, güzəştli kreditlər və texniki təminat proqramları genişləndirilmişdir.

Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri aqrar sektorun inkişafı baxımından yeni perspektivlər açır. Müasir suvarma sistemlərinin yaradılması, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi Azərbaycanın aqrar potensialını daha da artıracaqdır. Qarabağ və Şərqi Zəngəzurun zəngin torpaq ehtiyatları gələcəkdə ölkənin ərzaq təminatında mühüm rol oynayacaq.

Prezident İlham Əliyev müşavirədə kənd təsərrüfatında məhsuldarlığın artırılması, su ehtiyatlarından səmərəli istifadə və yerli istehsalın genişləndirilməsi məsələlərini də xüsusi vurğulamışdır. Bu, yalnız iqtisadi artım deyil, həm də əhalinin sosial rifahının yüksəldilməsi deməkdir. Çünki kənd təsərrüfatı regionlarda məşğulluğun təmin olunmasında, kənd əhalisinin gəlirlərinin artırılmasında mühüm rol oynayır.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri daxili bazarın yerli məhsullarla tam təmin olunması və ixrac potensialının genişləndirilməsidir. Dövlətin həyata keçirdiyi islahatlar, aqrar sahəyə verilən dəstək və müasir yanaşmalar bu məqsədlərə nail olmaq üçün etibarlı zəmin yaradır. Dünya miqyasında baş verən mənfi meyillərə baxmayaraq, Azərbaycan kənd təsərrüfatında dayanıqlı inkişaf modelini formalaşdırmağa nail olur.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, kənd təsərrüfatının inkişafı ölkənin strateji prioritetidir. Müasir çağırışlara uyğun çevik idarəetmə, innovasiyaların tətbiqi və dövlət dəstəyinin davamlı olması nəticəsində Azərbaycan gələcəkdə də öz ərzaq təhlükəsizliyini təmin edən, aqrar ixrac imkanlarını genişləndirən güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirəcəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 May 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see404

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see324

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see303

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see302

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see299

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see291

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see280

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see277

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see273

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see259

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see255

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see251

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see237

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see216

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see212

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see195

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see185

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see176

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri