Icma.az
close
up
RU
Azərbaycan kinosuna həsr olunmuş ilk ensiklopediya

Azərbaycan kinosuna həsr olunmuş ilk ensiklopediya

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün bp Azərbaycan kinematoqrafiyasına həsr olunmuş dörd cildlik ensiklopediyanı böyük məmnuniyyətlə ictimaiyyətə təqdim edib.

“Azərbaycan Kinosu. Yığcam ensiklopediya” adlı yeni nəşr, 1898–2025-ci illəri əhatə etməklə milli kinonun inkişaf tarixi haqqında bu günə qədər hazırlanmış ən əhatəli ensiklopedik bir mənbədir.

Tanınmış kinoşünas Aydın Kazımzadənin müəllifi olduğu bu elmi tədqiqat əsərində milli kinematoqrafiyanın inkişaf yolu dərin və hərtərəfli araşdırılır. Geniş arxiv tədqiqatlarına əsaslanan ensiklopediyada filmlər, kino yaradıcıları, studiyalar və Azərbaycanda kino sənayesinin yaranması və formalaşmasına təsir etmiş tarixi və mədəni mühit öz geniş əksini tapıb.

Tədqiqat Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, eləcə də digər studiyalarda, kino şirkətlərində və televiziya kanallarında 1898–2025-ci illərdə istehsal olunmuş bütün növlərdən olan filmlərin filmoqrafiyasını əhatə edir. Ensiklopediyaya tammetrajlı və qısametrajlı bədii filmlər, televiziya filmləri, animasiya filmləri və 1898–2018-ci illərdə çəkilmiş “Mozalan” satirik kinojurnalları daxil edilib.

Nəşrin ilk iki cildində Azərbaycan kinosu tarixinin tam ensiklopedik təsviri təqdim olunur, qalan iki cild isə “Tammetrajlı bədii və animasiya filmlərinin əlifba göstəricisi” və “Kinorejissorların adlar göstəricisi” adlanır.

Ensiklopediyaya müəllifin, eləcə də ilkin kino yaradıcılarının və müxtəlif dövrlərdə kino sənayesinin inkişafına töhfə vermiş digər şəxslərin şəxsi arxivlərində qorunan nadir fotoşəkillər də daxil edilib. Bundan başqa, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxiv şöbəsi və Azərbaycan Dövlət Film Fondunun materiallarından da istifadə olunub.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Azərbaycan kinosunun 1898-ci ildə yarandığı gündən bəri keçdiyi tarixi yol mədəni inkişafımızın çox əlamətdar bir hissəsidir. Kinematoqrafiya yaradıcılığının bir əsrdən çox tarixini bu qədər dəqiqlik və fədakarlıqla sənədləşdirməklə hörmətli Aydın Kazımzadə incəsənət və akademik ictimaiyyətimiz üçün uzunmüddətli dəyər daşıyan bir əsər yaradıb. bp mədəni irsimizin qorunmasına və Azərbaycan kinematoqrafçılarının irsininin gələcək nəsillər üçün daim ilham mənbəyi olmasına xidmət edən belə bir layihəni dəstəkləməkdən qürur duyur.”

Əsas istinad mənbəyi kimi nəzərdə tutulmuş bu nəşr kino mütəxəssisləri, tarixçilər, tədqiqatçılar, müəllimlər və televiziya, mədəniyyət və incəsənət sahələrində çalışan mütəxəssislər, eləcə də Azərbaycan kinematoqrafiyasının yaranışı və yüz ildən çox inkişaf tarixinə maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

bp-nin Azərbaycanın zəngin mədəni irsinin qorunması və təşviqinə dəstək öhdəliyini əks etdirən bu layihə şirkətin dəstəyi ilə həyata keçirilən böyük bir  mədəni irs proqramının bir hissəsidir. Proqrama bundan əvvəl icimaiyyətə təqdim olunmuş Mirzə Qədim İrəvaninin yaradıcılığı haqqında tədqiqat nəşri və bu gün təqdim olunan kino ensiklopediyası ilə yanaşı, Azərbaycan xalçalarına dair professor Kübra Əliyevanın müəllifi olduğu üç əsas elmi əsər də daxildir. 

Layihəyə daxil olan qalan kitablar il ərzində ictimaiyyətə təqdim ediləcək. 

Layihənin ümumi dəyəri proqramdakı səkkiz kitabın hazırlanması və nəşri də daxil olmaqla 308498 AZN (təxminən 181470 ABŞ dolları) təşkil edir. 

Layihə Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən həyata keçirilir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Mart 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri