Icma.az
close
up
RU
Azərbaycan Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Fevralın 13-də Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan - Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib. 

Yeni Azərbaycan Partiyasının (YAP) gənc üzvlərinin iştirakı ilə “Çin və Azərbaycan arasında Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dövlətlərarası və partiyalararası əlaqələr” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bildirib ki, Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biridir. Onun sözlərinə görə, Azərbaycanla Çin arasında çoxşaxəli əməkdaşlıq əlaqələri uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

R.Abbasov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verirlər. “Azərbaycan “Vahid Çin” prinsipini birmənalı olaraq dəstəkləyir. Eyni zamanda, Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edib”, - deyən R.Abbasov Çinin ölkəmizin BRICS platformasında təmsilçiliyinə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə  əlaqələrinin inkişafına dəstəyinin dostluq və etibarlı strateji tərəfdaşlıq nümunəsi olduğunu söyləyib.

Tədbirdə  Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Ding Tao “Şanxay Əməkdaşlıq Təşkilatı və Çin-Azərbaycan əlaqələri” mövzusunda çıxış edib. O bildirib ki, Çin-Azərbaycan əlaqələri davamlı olaraq inkişaf edir. Ding Tao 2024-cü ilin iyul ayında iki dövlət arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanmasının işbirliyinin dərinləşdirilməsi baxımından önəmini qeyd edib. Diplomat ötən ilin noyabr ayında Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında Əməkdaşlıq Memorandumunun imzalandığını xatırladaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib: “Çin Kommunist Partiyası Yeni Azərbaycan Partiyası ilə dostluq münasibətlərinə böyük dəyər verir və partiyalar arasında siyasi dialoqu gücləndirmək, müxtəlif səviyyələrdə əlaqələri sıxlaşdırmaq, xalqlarımız arasında dostluğu nəsillər boyu davam etdirmək üçün səy göstərməyə hazırdır”.

Ding Tao qeyd edib ki, 2001-ci ildə yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatı ötən dövr ərzində böyük inkişaf yolu keçərək geniş təsir imkanlarına malik təşkilata çevrilib: “Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşıdır. Çin Azərbaycana bu təşkilat ilə əməkdaşlığı gücləndirməsi üçün dəstək göstərir”.

YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, Çin ilə Azərbaycan coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Onun sözlərinə görə, Çin tərəfindən irəli sürülən "Bir kəmər, bir yol" layihəsi ölkələr arasında ikitərəfli münasibətlərin dərinləşməsinə yeni imkanlar yaradır: “Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən olmuş və həyata keçirdiyi irimiqyaslı nəqliyyat-infrastruktur layihələri ilə genişmiqyaslı əməkdaşlıq üçün önəmli imkanlar yaratmışdır”.

S.Xasayeva qeyd edib ki, iki ölkə arasında qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər siyasi, iqtisadi, mədəni və digər sahələrdə hərtərəfli əməkdaşlığın əsasını təşkil edir: “Fəal siyasi dialoq nəticəsində bir çox mühüm nailiyyətlər əldə edilib. Bu gün YAP və Çin Kommunist Partiyası arasında münasibətlər də yüksələn xətt üzrə inkişaf edir”.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə çıxışında deyib ki, Azərbaycan və Çin arasında siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə əlaqələr genişlənməyə davam edir: “Bu münasibətlərin vacib aspektlərindən biri də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı sıx əməkdaşlıqdır. Ötən illərdə partiyamızın nümayəndələri Çin Kommunist Partiyasının dəvəti ilə bu ölkəyə səfərlər edib. Bu səfərlər siyasi dialoqun dərinləşməsinə, təcrübə mübadiləsinə və yeni əməkdaşlıq sahələrinin müəyyən olunmasına şərait yaradıb. Ötən ilin noyabr ayında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılığı ilə partiyamızın nümayəndə heyətinin Çinə səfəri isə xüsusi qeyd edilməlidir. Səfər zamanı imzalanmış Əməkdaşlıq Memorandumunda əksini tapan əsas istiqamətlərdən biri də gənclər arasında əməkdaşlıqdır. Gənclər arasında əməkdaşlığa investisiya qoymaq ölkələrarası uzunmüddətli tərəfdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.

B.İslamov Azərbaycan və Çin arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün etibarlı zəminin mövcud olduğunu vurğulayıb: “Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın daha da güclənəcəyinə və qarşıdakı illərdə daha böyük uğurlara imza atılacağına inanırıq. Bundan əlavə, hər iki partiyanın gənc üzvlərinin gələcək layihə və təşəbbüslərdə fəal iştirak edərək əməkdaşlığımızın daha da dərinləşməsinə mühüm töhfələr verəcəyinə ümid edirik”.

Tədbirdə, həmçinin Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi Se İlin, YAP Gənclər Birliyi sədrinin müavini Fəsli Nəbiyev, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi Yan Şısue və YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina çıxış edərək ölkələrimiz və partiyalarımız arasında əlaqələr haqqında fikirlərini bildiriblər.

Sonda bədii hissə və Çin mədəniyyətinin nümunələri təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri