Azərbaycan kinosunun maliyyəsiz qalması, bu sahənin süqutuna gətirib çıxara bilər Baş rejissor
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Kino sahəsinə vəsait ayrılmasa, bu sahədə mütəxəssislər iş yerlərini tərk edəcəklər, gələcəkdə də kinomuz inkişaf edə bilməyəcək".
Bu açıqlama ilə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxış edib.
Deputatın fikirləri ilə bağlı Redaktor.az-a danışan Gəncə Dövlət Kukla Teatrının baş rejissoru, Vətən müharibəsi iştirakçısı, prezident mükafatçısı Şamil Məmmədli öncə qeyd etdi ki, hər bir millətin həyatında, mədəniyyətinin inkişafında və bu mədəniyyətin dünyaya çatdırılmasında ən mühüm vasitələrdən biri kinodur.
"Azərbaycan kinosunun keçmişinə baxsaq, buna çoxlu sayda nümunə çəkmək olar. Uzun illərdir aktuallığını qoruyan, yüz dəfə baxılsa da yenə sevilən filmlərimiz keçmiş dövrlərdə kinomuzun necə yüksək səviyyədə olduğunun göstəricisidir. Son dövrlərdə ən zəif mərhələsini yaşayan, indi-indi dirçəlmək istəyən Azərbaycan kinosunun maliyyəsiz qalması, təbii ki, bu sahənin süqutuna gətirib çıxara bilər.
2020-ci ildə böyük Zəfər qazanmış bir xalqın kinosuna yüksək maliyyə ayırmaq, hər birinin həyat hekayəsi böyük bir kino mövzusu olan qəhrəmanlarımızın taleyinə, ümumi Zəfərimizə dair yaxşı filmlər çəkmək vacibdir. Həmçinin də başqa mövzular da bu siyahıya aiddir", - deyə o yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI
Baxış sayı:91
Bu xəbər 13 Noyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















