Azərbaycan klubu Bakıda Qazaxıstan təmsilçisi ilə yoxlama oyunu keçirib
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın qadın həndbolçularından ibarət "Azəryol" komandası Bakıda təlim-məşq toplanışı keçirən Qazaxıstanın "Astana" kollektivi ilə qarşılaşıb. SİA xəbər verir ki, yoxlama oyunu təmsilçimizin 40:22 hesablı qələbəsi ilə yekunlaşıb.
Təlim-məşq toplanışında "Astana"nın 2008-ci il və aşağı yaş qrupları üzrə oğlan və qızlardan ibarət komandaları, həmçinin qadınlardan ibarət həndbolçuları iştirak edir. “AHF Arena” İdman Kompleksində təşkil olunan hazırlıq prosesinə dekabrın 9-da yekun vurulacaq.
Qeyd edək ki, daha əvvəl Qazaxıstanın "Turan" kollektivi Bakıda hazırlıq prosesi keçmişdi.

Azərbaycan klubu Bakıda Qazaxıstan təmsilçisi ilə yoxlama oyunu keçirib
08 Dekabr 2024 16:45
Qazaxıstan təmsilçisi Azərbaycan klubları ilə gücünü sınadı
05 Noyabr 2024 20:51
Azərbaycan millisi Bakıda Rusiya klubu ilə yoxlama oyunu keçirəcək
12 Mart 2025 12:50
Azərbaycan millisi yoxlama oyunu keçirib
12 Fevral 2025 17:13
Bakıda Azərbaycan və Qazaxıstan baş nazirlərinin görüşü olub
03 Mart 2025 13:19

