Azərbaycan klubu Çempionlar Liqası üçün dünya çempionu və Belçika millisinin üzvü ilə anlaşdı
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
Azərbaycanın minifutbol üzrə son çempionu "Birbaşa Bakı" yeni mövsüm ölkəmizi yenidən Çempionlar Liqasında təmsil edəcək.
Sportal.az saytına verilən məlumata görə, Dan Mitunun rəhbərlik etdiyi kollektiv sentyabrın 17-21-i arasında Bolqarıstanın Sofiya şəhərində keçiriləcək mötəbər turnirə hazırlıqlarını davam etdirir.
Paytaxt klubu artıq heyətini də gücləndirməyə macal tapıb. Belə ki, son dünya çempionatında Azərbaycan millisinin aparıcı qüvvəsi olan və turnirin ən yaxşı oyunçusu seçilmiş Ramiz Çovdarov "Birbaşa Bakı" ilə anlaşıb. Ölkə çempionunun daha bir transferi isə Belçikadan olub. Onlar Belçika yığmasının üzvü Valid Jaadi ilə müqavilə imzalayıb.
Qeyd edək ki, ötən il Polşada keçirilmiş minifutbol üzrə Çempionlar Liqasının qalibi "Birbaşa Bakı" kollektivi olmuşdu.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Avqust 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















