Azərbaycan klubunun qeyri müəyyən taleyi: “Dəstək olmazsa…”
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Füzuli” Azərbaycan II Liqasında mövsümü sonuncu – 14-cü sırada bitirib. Klub yeni mövsümdə reqlamentə əsasən Region Liqasında oynamalıdır.
Klubun təsisçisi Vasif İsmayılov “Futbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:
“Futbolda bəxt amili yaxşı şeydir. “Lerik”lə oyunda yaxşı oynadıq, kifayət qədər şans yaratdıq, ancaq alınmadı. Futboldur, bəxtə də ehtiyac var”.
Funksioner klubun fəaliyyətinə bir müddətlik ara verə biləcəklərini qeyd etdi:
“Növbəti mövsümlə bağlı hələ nəsə bilinmir. Çünki sponsor olsa, komandaya dəstək göstərilsə, Region Liqasında oynayıb, yenidən II Liqaya qayıtmağa çalışacağıq. Sponsor, dəstək olmazsa, bir müddət ara verib, toparlanandan sonra yenidən yarışlara qayıda bilərik. Bu gün sonuncu olmağımızın səbəbi maddi durumdur. Bu vəziyyətdə heyət yığmaq çətin olur. Komandamızda gənc oyunçular yer alırdı. Maliyyə dəstəyi olsa, oynamağa çalışacağıq. Bu günə kimi mən əlimdən gələni etmişəm, ancaq sponsorsuz çox çətindir”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 22 May 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















