Icma.az
close
up
RU
Azərbaycan Suriyanın neft sənayesinə DƏSTƏK VERƏCƏK

Azərbaycan Suriyanın neft sənayesinə DƏSTƏK VERƏCƏK

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Enerji resursları bu gün təkcə ölkələrin iqtisadi gücünü deyil, həm də siyasi mövqeyini müəyyən edən əsas faktorlardan birinə çevrilib.

Xüsusilə Yaxın Şərq kimi enerji ilə zəngin, lakin münaqişələrlə yüklü regionlarda enerji siyasəti strateji əhəmiyyət daşıyır. Suriyanın timsalında bu reallıq daha da qabarıq görünür.

Uzun illər neft ixrac edən ölkə kimi tanınan Suriya 2011-ci ildə başlanan vətəndaş müharibəsi və beynəlxalq sanksiyalar nəticəsində enerji sektorunu demək olar ki, tamamilə itirdi. Ölkənin enerji infrastrukturu dağıldı, hasilat və ixrac səviyyəsi kəskin şəkildə azaldı.

Suriyada ötən ilin sonlarında baş verən hakimiyyət dəyişikliyindən sonra yaranmış sabitlik enerji sahəsində yenidən mərkəzləşmə prosesinə imkan yaradır. Belə şəraitdə beynəlxalq əməkdaşlıq imkanları tədricən genişlənir.

Məhz bu kontekstdə 2025-ci ilin aprelində Antalyada keçirilən Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Suriya Prezidenti Əhməd əl-Şəraa arasında baş tutan görüş xüsusi önəm daşıyır. Görüş zamanı Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-ın Suriyanın şərqindəki neft və qaz sahələrinin bərpasında iştirakı məsələsi müzakirə olunub.

Suriyada neft sənayesinin əsası XX əsrin əvvəllərində qoyulub. İlk kəşfiyyat işləri 1933-cü ildə, ölkə Fransa mandatı altında olarkən İraq Petroleum Company tərəfindən həyata keçirilsə də, əhəmiyyətli nəticələr əldə olunmadığından layihə dayandırıldı. 1955-ci ildə amerikalı iş adamı Ceyms Menhall tərəfindən Karatçok və Riməlan yataqlarının kəşfi ilə Suriyada neft erasına start verildi. 1968-ci ildə Homs şəhərinə neft boru kəmərinin çəkilməsi sənayenin inkişafını sürətləndirdi və 1980-ci illərin ortalarında Suriya neft ixrac edən ölkəyə çevrildi.

2009-cu ildə Suriya gündəlik təxminən 148 min barel neft ixrac edir və əsasən Avropa İttifaqı ölkələrinə satış həyata keçirirdi. 2010-cu ildə Avropa ölkələrinin bu neft üçün ödədiyi illik məbləğ 4 milyard dollar təşkil edirdi. Lakin 2011-ci ildə başlanan vətəndaş müharibəsi və tətbiq olunan beynəlxalq sanksiyalar nəticəsində neft sektoru ciddi tənəzzülə uğradı. Neft hasilatı 1995-ci ildəki gündəlik 610 min bareldən 24 min barelədək azaldı, daxili istehlakın artması isə ölkənin idxaldan asılılığını daha da gücləndirdi.

Sanksiyalar və müharibənin yaratdığı qeyri-sabitlik səbəbilə Shell, Total, Gulfsands, Suncor və Stroytransqaz kimi xarici şirkətlər ölkəni tərk etdilər. Ölkənin qərbində yerləşən neft yataqları hökumətin nəzarətində qalsa da, şərqdəki əsas yataqlar uzun müddət ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olmuşdur. 2025-ci ilin martında SDQ ilə Suriya hökuməti arasında əldə edilən razılaşma nəticəsində əl-Ömər, əl-Tanak və Cəfra yataqları yenidən dövlət nəzarətinə keçmiş və enerji sektorunun mərkəzləşdirilməsi istiqamətində mühüm addımlar atılmasına başlandı .

Suriyanın təsdiqlənmiş neft ehtiyatları təqribən 2,5 milyard barel qiymətləndirilir. Əsas ehtiyatlar Fərat çayı boyunca, İraq sərhədinə yaxın Deyr əz-Zor vilayətində cəmlənib. Bundan əlavə, ölkənin mərkəzində bir neçə kiçik yataq da fəaliyyət göstərmişdir. Suriyanın strateji əhəmiyyəti yalnız ehtiyatları ilə deyil, həm də regional enerji logistikası baxımından mühüm mövqedə yerləşməsi ilə bağlıdır. Ərəb Qaz Boru Kəmərinin mühüm hissəsi Suriyadan keçdiyindən, bu ölkə gələcəkdə enerji tranzitində yenidən əhəmiyyətli rol oynaya bilər.

Bu şəraitdə neytral və texniki cəhətdən inkişaf etmiş tərəfdaşların iştirakı sektorun bərpasında mühüm rol oynaya bilər. Bu baxımdan Azərbaycanın iştirakı yalnız enerji sahəsi deyil, bütövlükdə regionun sabitliyi və iqtisadi inkişafı üçün ciddi bir fürsət kimi qiymətləndirilir.

SOCAR-ın Suriyada enerji sektoruna texniki dəstək göstərməsi ehtimalı xüsusilə diqqət çəkir. Şirkətin beynəlxalq layihələrdə qazandığı təcrübə və müasir texnologiyalar sahəsindəki bacarıqları, Suriyanın enerji infrastrukturunun bərpası və modernləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. SOCAR-ın fəaliyyəti yalnız hasilatla məhdudlaşmaya bilər – şirkət neft emalı, neft-kimya və logistik sahələrdə də investisiyalar həyata keçirə bilər ki, bu da lokal iqtisadiyyatın canlanmasına, yeni iş yerlərinin yaradılmasına və yerli kadr potensialının inkişafına təkan verəcək.

Bundan əlavə, ağıllı şəbəkə sistemləri, dron və peyk texnologiyası ilə aktivlərin xəritələndirilməsi, süni intellekt əsaslı idarəetmə və blokçeyn texnologiyası ilə məlumat təhlükəsizliyi kimi innovativ yanaşmalar SOCAR-ın enerji texnologiyaları sahəsində mövqeyini ortaya qoyur. Suriyada bu cür texnologiyaların tətbiqi həm məhsuldarlığı artırar, həm də təhlükəsizlik risklərini azalda bilər.

Bu çərçivədə  Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığı daha da dərinləşir. Böyük Britaniyanın bu üçtərəfli əməkdaşlığa qoşulması isə kapital, texnologiya və diplomatik legitimlik baxımından əlavə üstünlüklər yaradır. Azərbaycanın enerji resursları, Türkiyənin tranzit imkanları və Britaniyanın qlobal təsir gücü bir araya gələrək, regional enerji diplomatiyasında yeni bir model formalaşdırır.

Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də strateji və təhlükəsizlik baxımından əhəmiyyətli nəticələr doğura bilər. Bu model regionda sülh, sabitlik və dayanıqlı inkişafın təşviqinə yönəlmiş yeni enerji düzəninin əsasını qoya bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri