Icma.az
close
up
RU
Azərbaycan Hatay Bəyannaməsinə dəstək verib

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verib

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Hatay şəhərində keçirilmiş "Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər" adlı tədbirdə iştirak edib.

Bu barədə 525.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qeyd olunub ki, tədbir çərçivəsində panel müzakirələr, yüksək səviyyəli sessiya və nazirlərin dəyirmi masa görüşü keçirilib.

COP31-ə ev sahibliyi kontekstində təşkil olunan tədbirdə müxtəlif ölkələri təmsil edən nazirlər, nazir müavinləri və beynəlxalq təşkilatların rəhbərləri iştirak edib, "dayanıqlı şəhərlər" mövzusu üzrə iqlim dəyişmələrinə və təbii fəlakətlərə davamlı şəhərsalma məsələləri müzakirə edilib.

Nazir müavini Yalçın Rəfiyev yüksək səviyyəli sessiyada çıxış edərək tədbirin 3 il əvvəl dağıdıcı zəlzələyə məruz qalmış, ancaq Türkiyə hökumətinin səyləri nəticəsində qısa müddətdə bərpa edilmiş Hatay şəhərində keçirilməsinin xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayaraq bu nümunəvi təcrübənin müasir, iqlim dəyişmələrinə və təbii fəlakətlərə davamlı şəhərsalma modelinin praktik tətbiqini nümayiş etdirdiyini bildirib.

Həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq yaşıl, təhlükəsiz və dayanıqlı şəhərlərin inşa edildiyinə diqqət çəkərək 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunduğu qeyd edilib.

Y.Rəfiyev 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qlobal şəhərsalma gündəliyinə mühüm töhfə verəcəyini bildirib və COP31 və WUF prosesləri arasında əlaqələndirilmiş yanaşmanın vacibliyini vurğulayaraq Azərbaycanın bu istiqamətdə Türkiyənin COP31 sədrliyi ilə yaxından çalışmağa hazır olduğunu qeyd edib.

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurumun sədrlik etdiyi nazirlərin dəyirmi masasında çıxış edən Y.Rəfiyev tədbirin sonunda qəbul edilən Hatay Bəyannaməsinə dəstək ifadə edərək, həmin Bəyannamədə ifadə edilmiş fikirlərin həm WUF13, həm də COP31 çərçivəsində beynəlxalq iqlim siyasətlərinə və dayanıqlı şəhərsalma gündəliyinə mühüm töhfə verməsini hədəflədiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 09 May 2026 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri