Azərbaycan komandası ər Riyadda yanğın xilasetmə idmanı üzrə dünya çempionatında iştirak edir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Qahirə, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XX dünya çempionatına və qadınlar arasında XI dünya çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, noyabrın 1-dək davam edəcək yarışlarda Səudiyyə Ərəbistanı ilə yanaşı, Azərbaycan, Bəhreyn, Belarus, Burkina Faso, Bolqarıstan, Kamerun, Çin, Kot-Divuar, Çexiya, BƏƏ, Almaniya, İran, Qətər, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya, Slovakiya, Tacikistan, Özbəkistan və Avstriyanın komandaları iştirak edir.
Dünya çempionatı yanğınsöndürən və xilasedici peşələrinin tanıdılması, müxtəlif ölkələrin yanğın və xilasetmə xidmətləri vasitəsilə dostluq ənənələrinin möhkəmləndirilməsi, peşəkar idman bacarıqlarının təkmilləşdirilməsi və yanğın-xilasetmə idmanının beynəlxalq səviyyədə daha da inkişafı məqsədilə təşkil olunur.
"Yanğınsöndürənlər və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası" Assosiasiyası (ISFFR), 2001-ci ildə Yanğınsöndürmə və Xilasetmə Xidmətləri rəhbərlərinin 1-ci Beynəlxalq Konfransının qərarı ilə təsis olunub və hazırda 33 ölkədən olan yanğınsöndürənlər və xilasediciləri birləşdirir.
Yanğın-xilasetmə idmanı üzrə ilk çempionat 2002-ci ildə Moskva şəhərində keçirilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 27 Oktyabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















