Azərbaycan konsulunun yanında söyüş söydü, həbs olundu
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Sankt-Peterburqun Petroqrad rayon məhkəməsi bir nəfəri xırda xuliqanlığa görə inzibati qaydada həbs edib.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, şəhər məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinin məlumatına görə, mayın 20-də axşam saatlarında Böyük Zelenina küçəsində, 38 nömrəli evin yaxınlığında bir kişi ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozub.
O, Azərbaycan konsulu Rəhim Rəhimzadənin iradlarına məhəl qoymayıb.
Saxlanılan şəxs təqsirini etiraf edib və məhkəmə onu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsinə əsasən (“xırda xuliqanlıq”) 2 sutka müddətinə inzibati həbs cəzasına məhkum edib. Həmin maddə üzrə maksimum cəza 15 sutkayadək həbsdir.
Baxış sayı:48
Bu xəbər 22 May 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















