Icma.az
close
up
RU
Azərbaycan Koreya elmi əməkdaşlığı çərçivəsində arxeologiya üzrə beynəlxalq konfrans keçirilib

Azərbaycan Koreya elmi əməkdaşlığı çərçivəsində arxeologiya üzrə beynəlxalq konfrans keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan-Koreya elmi əməkdaşlığı çərçivəsində “Azərbaycanda yeni dünya irsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a akademiyadan məlumat verilib.

Koreya Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi, AMEA və Koreya Avrasiya Sivilizasiya Araşdırma Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan konfransda Koreya və Gürcüstanın arxeologiya sahəsində tanınmış alim və mütəxəssisləri, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları iştirak ediblər.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq beynəlxalq konfransın milli-mədəni irsimizin, tariximizin təbliği, mədəniyyətimizin hərtərəfli öyrənilməsi, həmçinin turizm baxımından əhəmiyyətini qeyd edib.

Müstəqillik dövründə beynəlxalq əlaqələrin genişlənməsinin prioritet istiqamətlərdən biri olduğunu söyləyən akademik İsa Həbibbəyli elmin müasir istiqamətlərinin inkişafında beynəlxalq əlaqələrin önəmini vurğulayıb. Bildirib ki, beynəlxalq qurumlarla əməkdaşlıq dünya təcrübəsini öyrənməyə və ölkəmizin nailiyyətlərinin təbliğinə geniş imkanlar yaradır.

AMEA rəhbəri Cənubi Koreya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulduğu ötən 30 ildən artıq müddətdə bütün sahələrdə olduğu kimi, elm sahəsində də əlaqələrin genişləndiyini vurğulayıb. O, iki gün öncə görkəmli arxeoloq, AMEA-nın müxbir üzvü, mərhum professor İlyas Babayevin anadan olmasının 90 illiyi münasibətilə AMEA-da keçirilmiş “Antik dövrdə Qafqaz və ətrafında urbanizasiya prosesləri” mövzusunda beynəlxalq elmi konfransı xatırladıb, həmin tədbirdə Azərbaycan arxeoloqları ilə yanaşı, Cənubi Koreyadan olan mütəxəssislərin də iştirak etdiyini bildirib.

Hazırda hər iki ölkənin aparıcı arxeoloqları tərəfindən Qəbələdə ekspedisiyaların aparıldığını söyləyən akademik İsa Həbibbəyli SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərovanın dəstəyi ilə 20 ildir davam edən arxeoloji qazıntılar zamanı iki ölkə üçün böyük əhəmiyyət kəsb edən mühüm elmi nəticələrin əldə olunduğunu bildirib.

“Tədqiqatçıların araşdırmalarına görə, Cənubi Koreya dilində çoxlu sayda türk sözləri var”, - deyən AMEA rəhbəri bu ölkənin insanlığın ilk məskunlaşdığı yerlərdən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın Qobustan mədəniyyəti olduğu kimi, Cənubi Koreyada da mövcud olan qayaüstü rəsmlər bu ölkənin qədim mədəniyyətə malik olduğunu göstərir.

AMEA prezidenti Koreya-Azərbaycan elmi əməkdaşlığını yüksək qiymətləndirərək, bu əlaqələrin daha da genişlənməsinə lazımi dəstək göstərməyə hazır olduğunu söyləyib. Qeyd edib ki, Koreya-Azərbaycan arxeoloji ekspedisiyasının təşkili çoxəsrlik ənənələrə, tarixi münasibətlərə yeni nəfəs gətirən və hər iki tərəf üçün faydalı olan mükəmməl elmi platformadır.

Sonra Koreya Respublikasının ölkəmizdəki səfiri Kımqu Kanq çıxış edərək iki ölkə arasında olan əməkdaşlıq və dostluq münasibətlərindən danışıb. O, Azərbaycanda Koreya mütəxəssislərinin iştirakı ilə 2009-cu ildə başlanılan arxeoloji tədqiqatların iki ölkə arasındakı əməkdaşlıq tarixində yeni səhifə açdığını bildirib.

Səfir vurğulayıb ki, Koreya-Azərbaycan birgə arxeoloji tədqiqatları iki ölkə arasında elmi mübadilənin ən parlaq nümunələrindən biri olmaqla yanaşı, arxeologiyanın inkişafı, eləcə də qədim İpək yolu vasitəsilə Şərq və Qərb arasında baş vermiş mədəni əlaqələrin mahiyyətinin dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətlidir.

Kımqu Kanq Qəbələdə aparılan birgə ekspedisiyanın humanitar sahədə əlaqələrimizin möhkəmlənməsinə, mədəni mübadilənin inkişafına təkan verdiyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Qəbələ Arxeoloji Mərkəzinin fəaliyyəti, müxtəlif illərdə aparılan arxeoloji tədqiqatlar və onların uğurlu nəticələri, üzə çıxarılan nadir tapıntılar haqqında məlumat verib. O, Azərbaycanda arxeoloji abidələrin, maddi mədəni irsin araşdırılmasına böyük diqqət və qayğı göstərildiyini qeyd edib. Direktor Azərbaycanda 15 beynəlxalq arxeoloji ekspedisiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb, arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığına həsr olunmuş konfransın fərqli mövzularda təşkilinin zəruriliyini vurğulayıb. Fərhad Quliyev gələcəkdə Qəbələ şəhərində Azərbaycan-Koreya tələbələrinin birgə yay məktəbinin təşkilinin də nəzərdə tutulduğunu söyləyib.

Konfransda “Beşbarmaq qalasının strateji əhəmiyyəti”, “Qəbələ rayonunun “Səlbir” yaşayış yerində aparılan son arxeoloji qazıntılar”, “Qəbələnin qədim dəfn növləri və adətləri”, “Antik Qəbələ şəhərində tapılmış oval formalı saxsı qab” və digər mövzularda məruzələr dinlənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri