Azərbaycan Kuboku: finalın biletləri satışda
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Futbol üzrə Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb.
Futbolpress.az xəbər verir ki, biletlərin qiymətləri yerlərdən asılı olaraq 3, 5, 10, 15, 20, 30 və 50 (“VIP Lounge”) manatdır.
Mayın 31-də, saat 19:00-da başlayacaq “Qarabağ” – “Sabah” qarşılaşmasının biletlərini bu gündən etibarən “iticket.az” saytından, eləcə də Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül pr. Nizami küç, Bakı), 1 saylı “ASAN xidmət”, 2 saylı “ASAN xidmət”, 3 saylı “ASAN xidmət”, 4 saylı “ASAN xidmət” və 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkün olacaq.
Matçın keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassalarında isə bilet satışı oyun günü həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 03 Avqust 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















