Icma.az
close
up
RU
Azərbaycan kubokunda 1/4 final başlayır

Azərbaycan kubokunda 1/4 final başlayır

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan kubokunda 1/4 final başlayır

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürəcək. 

QOL.az xəbər verir ki, 1-ci oyun gününə 2 matç nəzərdə tutulub. 

Əvvəlcə “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq. Oyunu Cavid Cəlilov idarə edəcək. 

"Gənclik şəhəri" təmsilçisi 1/8 finalda "Difai"ni, "Zirə" "Neftçi"ni mübarizədən kənarlaşdırıb. Bu komandaların Misli Premyer Liqasının turnir cədvəlindəki mövqeyi də bir-birinə kifayət qədər yaxındır. Belə ki, “Sumqayıt” 30 xalla 4-cü, “Zirə” isə 29 xalla 5-cidir. 

Digər matçda isə “Sabah” evdə “Qəbələ” ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:30-da start götürəcək. Oyun Fərid Hacıyevə tapşırılıb. 

1/8 finalda paytaxt klubu "İmişli"ni, əyalət təmsilçisi "Şəfa"nı məğlub edib. Misli Premyer Liqasında “Sabah” 43 xalla liderdir. “Qəbələ” isə 14 xalla 10-cudur. 

“Sumqayıt”la “Zirə” və “Sabah”la “Qəbələ” arasındakı 1/4 finalın cavab oyunları mart ayının 3-nə nəzərdə tutulub. 

Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar

4 fevral

17:00. "Sumqayıt" – "Zirə"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Eyyub İbrahimov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30. "Sabah" – "Qəbələ"

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Zeynal Zeynalov.

"Bank Respublika Arena"

5 fevral

14:30. "Şamaxı" – "Qarabağ"

19:00. "Turan Tovuz" – "Kəpəz"

Yarımfinal cütləri

“Sabah”/“Qəbələ” - “Qarabağ”/“Şamaxı”
“Sumqayıt”/“Zirə” - "Turan Tovuz”/“Kəpəz”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 Fevral 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri