Keçmiş əri Cessika Albadan 3,5 milyon dollar tələb edir
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerikalı aktrisa Cessika Alba ilə keçmiş həyat yoldaşı, prodüser Keş Uorren arasında əmlak bölgüsü ilə bağlı məhkəmə prosesi davam edir.
Qaynarinfo xəbər verir ki, Uorren boşanma çərçivəsində aktrisadan ümumilikdə 3,5 milyon dollar tələb edib. “Daily Mail” nəşrinin məlumatına görə, məhkəmənin son qərarı ilə Alba keçmiş həyat yoldaşına əlavə olaraq 577 min dollar ödəməli olacaq.
Bu məbləğ aktrisanın sahibi olduğu “HonorBar Inc.” şirkətinin mənfəət bölgüsü planı ilə əlaqədardır. Məhkəmə sənədlərinə əsasən, Uorrenin alacağı vəsait 2006-cı il iyunun 30-na olan mənfəət bölgüsü planının dəyəri əsasında hesablanıb. O, pulu birdəfəlik almaq və ya fərdi pensiya hesabına köçürmək hüququna malikdir.
Qeyd edək ki, Cessika Alba və Keş Uorren 2004-cü ildə münasibətə başlayıblar, 2008-ci ildə ailə qurublar. Cütlük təxminən 20 il birlikdə olduqdan sonra 2025-ci ilin yanvarında ayrıldıqlarını açıqlayıb. Onların nikah müqaviləsi imzalamadığı bildirilir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 24 Noyabr 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















