Icma.az
close
up
RU
Azərbaycan Kukla Teatrının təmsilçiləri Türkiyədə Aygün Attarla görüşüb

Azərbaycan Kukla Teatrının təmsilçiləri Türkiyədə Aygün Attarla görüşüb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor, tanınmış alim Aygün Attar IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidmətində məlumat verilib.

Bildirilib ki, Fondun binasında baş tutan görüşdə çıxış edən teatrın direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qəbul və xoş münasibət üçün kollektiv adından Aygün xanıma dərin təşəkkürünü çatdırıb. Vurğulayıb ki, Türk dünyasının tanınmış alimi, ictimai-siyasi xadimi, professoru, ləyaqətli Vətən qızı, Azərbaycanın Türkiyədəki qüruru Aygün Attar nümunəvi həyat yolu və dolğun fəaliyyəti ilə bir çoxlarımız üçün örnəkdir. Daha sonra onun çoxşaxəli fəaliyyətində maddi-mənəvi dəyərlərin təbliği işinin mütəşəkkil təşkilinin də daim ön planda olduğuna diqqət çəkib. Qeyd edib ki, bu mənada mədəniyyət sahəsi və sənət adamlarına xüsusi sevgi, həssaslıqla yanaşır.

A. Attarın iki dost, qardaş ölkə arasında böyük mənəvi körpü olduğunu dilə gətirən R.Əhmədzadə ona şərəfli fəaliyyət yolunda böyük uğurlar arzulayıb.

Öz növbəsində bu görüşdən məmnun olduğunu deyən A. Attar milli mədəniyyətimiz, onun əsas qollarından olan teatrımızın təşəkkülü üçün ölkə sərhədlərindən kənarlarda daha geniş müstəvidə təbliğini vacib sayıb. Bu mənada festival və sənət mübadiləsi xarakterli bu kimi tədbirlərin intensivliyinə diqqət çəkib, festivalın işinə uğurlar arzulayıb.

Bir əsrə yaxın zəngin və dolğun tarixi yol keçən, fəaliyyətini Vətən balalarının maariflənməsi və yüksək sənət zövqündə yetişməsi yönündə quran Azərbaycan Dövlət Kukla Teatrı təmsilçilərinə bu şərəfli yolda uğurlar arzulayıb.

Qeyd edək ki, IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı aprelin 21-dən mayın 12-dək davam edəcək beynəlxalq sənət bayramı Türkiyənin iki böyük şəhərində – Ankarada (23–25 aprel) və İstanbulda (26–27 aprel) keçiriləcək. Festival daha sonra Bakıda (28–30 aprel) və Özbəkistanda (2–4 may) davam edəcək. Bağlanış mərasimi isə mayın 9-dan 12-dək Şimali Kipr Türk Respublikasında baş tutacaq.

Azərbaycan Dövlət Kukla Teatrının 10 nəfərlik heyəti aprelin 21-dən 26-dək Türkiyədə səfərdə olacaq. Səfər çərçivəsində tamaşaçılara “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konsert təqdim olunacaq. Səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Saida Haqverdiyeva, tərtibatçı rəssamı isə İqbal Əliyevdir.

Milli musiqi və rəqslərlə zəngin səhnə işində obrazları tamaşada aparıcı kukla aktyorları – Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Abbasquliyev, Rəhim Rəhimov və Cavid Telman canlandıracaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri