Azərbaycan Latviyadan dondurma tədarükünü bərpa edib
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 6,75 milyon ABŞ dolları dəyərində 837 ton dondurma idxal edilib.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41,2 %, kəmiyyət olaraq – 24 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 3,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 23 % çox) 380 ton (+11,4 %), Rusiyadan 1,8 milyon ABŞ dolları dəyərində (+73 %) 229 ton (+39 %), Belarusdan 577 min ABŞ dolları dəyərində (+41 %) 120 ton (+19 %), Çindən 536,4 min ABŞ dolları dəyərində 40 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 157 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 22,2 ton (+2 dəfə) məhsul alıb.
Azərbaycan 12 il 2 aylıq fasilənin ardından Latviyadan tədarükü (31,8 min ABŞ dolları dəyərində 2,9 ton) bərpa edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 11 Sentyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















