Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? EKSPERTDƏN AÇIQLAMA
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsində güclü külək səbəbindən qaz borusunun yeni alınan avtomobilin üstünə aşması geniş müzakirələrə səbəb olub.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, müzakirələrdə əsas sual vətəndaşa dəyən zərərin kim tərəfindən ödənməli olması ilə bağlıdır.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda avtomobillər əsasən iki cür sığortalanır:
"Bunlardan biri icbari, yəni məcburi sığortadır. Bu sığorta qarşı tərəfə dəyən zərəri qarşılayır. Digəri isə könüllü şəkildə həyata keçirilən kasko sığortadır.
Sözügedən hadisəyə gəlincə, əgər sürücü nəqliyyat vasitəsini kasko sığorta etdiribsə, bu zaman dəymiş zərəri həmin şirkət, əgər etdirməyibsə, o zaman avtomobilə ziyanı vuran tərəf ödəməlidir. İkinci halda zərər vuran tərəf müəyyənləşdirilməlidir. Bunun üçün isə sürücü məhkəməyə müraciət etməli, iddia qaldırmalı və ödənişi tələb etməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 10 Noyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















