Zelenski Lukaşenkoya cavab verdi: Çamadana oxşayıram?
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aleksandr Lukaşenko Vladimir Putini də götürüb Kiyevə gəlsin. Onların təhlükəsiz şəkildə qarşılanacağına zəmanət veririk.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Lukaşenkonun Putinlə Moskvada danışıqlar aparmaq təklifinə münasibət bildirərkən deyib.
“O, məni də özü ilə aparmağı təklif edir. Mən onun üçün çamadana oxşayıram? Məni təyyarəyə mindirib aparmaq istəyir. Moskvaya nə üçün? Bu, sadəcə, ciddi olmayan söhbətdir. Biz müharibə vəziyyətindəyik. Moskvada da, Kiyevdə də görüşə bilmərik. Bütün bunları çox yaxşı başa düşürük. Bu cür qeyri-konstruktiv təşəbbüslər yalnız informasiya məkanını çirkləndirir və müharibənin başa çatmasına kömək etmir”, - o bildirib.
Qeyd edək ki, Lukaşenko Zelenskini Putinlə görüşmək üçün Moskvaya şəxsən müşayiət etməyə və Ukrayna prezidentinin təhlükəsizliyinə zəmanət verməyə hazır olduğunu bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 25 Noyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















