Icma.az
close
up
RU
“Azərbaycan Macarıstan ədəbi əlaqələri Rasim Müzəffərlinin yaradıcılığında” kitabının təqdimatı olub FOTOLAR

“Azərbaycan Macarıstan ədəbi əlaqələri Rasim Müzəffərlinin yaradıcılığında” kitabının təqdimatı olub FOTOLAR

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində filosof, bəstəkar, şair və naşir Rasim Müzəffərlinin (Rasim İmanov) “Azərbaycan-Macarıstan ədəbi əlaqələri Rasim Müzəffərlinin yaradıcılığında” kitabının təqdimatı olub. SİA xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, tanınmış ictimaiyyət nümayəndələri , KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Mərasimi giriş nitqi ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov Rasim Müzəffərlinin çoxşaxəli yaradıcılıq yolundan, əsərlərinin əhəmiyyətindən danışıb, macar ədəbiyyatının təbliğinin onun fəaliyyətinin əsas tədqiqat obyekti olduğunu bildirib.
İctimaiyyətə təqdim olunan “Azərbaycan-Macarıstan ədəbi əlaqələri Rasim Müzəffərlinin yaradıcılığında” kitabının məziyyətlərindən bəhs edən direktor sadə və cəlbedici üslubda hazırlanan, böyük əməklə yazılan, tarixi əhəmiyyətə malik kitabı qiymətli mənbə kimi dəyərləndirib. O, kitabın nəşrini Azərbaycan-Macarıstan elmi-ədəbi və mədəni əlaqələrinin yüksək səviyyəsinin göstəricisi olduğunu deyib.

Akademik Rafael Hüseynov nəşrin təqdimatı keçirilən məkanın tarixi barədə də məlumat verərək bildirib ki, 1918-ci ilin sentyabr ayında Bakı azad edildikdən və Milli hökumət Gəncədən Bakıya köçdükdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti “Metropol” adlanan indiki Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yerləşib. Hökumət üzvləri burada həm yaşayıb, həm fəaliyyət göstəriblər. Nazirlər Kabinetinin iclasları Ədəbiyyat Muzeyində keçirilib, 1918-1919-cu illərdə Azərbaycanın gələcəyi ilə bağlı ən müxtəlif müzakirələr bu tarixi binada aparılıb, ölkə həyatını nizamlayan ən vacib qərarlar burada qəbul olunub, Azərbaycanın gələcəyinin təməlləri məhz bu məkanda qoyulub.

O, bu baxımdan Azərbaycanın dünya ölkələri içərisində ən yaxın tərəfdaşlarından olan Macarıstanla bağlı tədbirin Ədəbiyyat Muzeyində keçirilməsinin önəmini qeyd edib. Akademik Rafael Hüseynov Azərbaycan-Macarıstan ictimai, siyasi, ədəbi və mədəni əlaqələrinin tarixindən danışaraq, ölkələrimiz arasındakı qarşılıqlı dostluq münasibətlərinin yüksələn xətlə davam etdiyini vurğulayıb.
Azərbaycan-Macarıstan arasındakı əlaqələrin tarixinin çox qədim olduğunu söyləyən akademik Rafael Hüseynov ədəbiyyat və mədəniyyətin xalqları və ölkələri bir-birinə yaxınlaşdıran ən güclü vasitə olduğunu bildirib. O, təqdimatı keçirilən kitabın Azərbaycan-Macarıstan birliyinin, həmrəyliyinin möhkəmlənməsinə, bu gözəl ənənələrin davam etməsinə sanballı töhfə olduğunu deyib.

Akademik Rafael Hüseynov Azərbaycanın tanınmış ziyalısı Rasim Müzəffərlinin uzun illərdir macar ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində fəaliyyət göstərdiyini, onun macar ədəbiyyatından İmrə Madaçın “İnsanın faciəsi”, Mikloş Radnotinin “Bir dəli yağış” və Şandor Petöfinin “Azadlıq və sevgi” əsərlərini doğma dilimizə tərcümə etdiyini bildirib: “Rasim Müzəffərli, həmçinin macar şairlərinin Azərbaycan dilinə tərcümə etdiyi şeirlərinə musiqilər bəstələyir. Bu isə, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və yeni körpülərin qurulmasında mühüm rol oynayır”.
O, Rasim Müzəffərlinin bir sıra silsilə şeirlərinin macar dilinə tərcümə edildiyini söyləyib, ədibin yaradıcılığına və şəxsiyyətinə Macarıstanda böyük məhəbbət və ehtiramın olduğunu vurğulayıb.

Çıxışının sonunda akademik Rafael Hüseynov Rasim Müzəffərlinin yüksək intellektə, zəngin mənəviyyata malik müdrik ziyalı olduğunu bildirib, onun daim axtarışlarla dolu geniş yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətində də əvəzsiz xidmətlər göstərdiyini deyib.
Sonra Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma çıxış edərək ölkələrimiz və xalqlarımız arasında əlaqələrin surətlə inkişaf etdiyini bildirib. O, Azərbaycan-Macarıstan mədəni əlaqələrinin geniş perspektivə malik olduğunu söyləyərək, Rasim Müzəffərlinin macar şairlərinin əsərlərini tərcümə edərək kitab halında çap etdirməsini iki ölkə xalqlarının ortaq tarixi-mədəni irsinə töhfə kimi qiymətləndirib.

Səfir 2018-ci ildə Rasim Müzəffərlinin Macarıstan hökuməti tərəfindən macar mədəniyyətinin tanınmasındakı xidmətlərinə görə “Pro Cultura Hungarica” mükafatı ilə təltif olunduğunu xatırladıb. O, Rasim Müzəffərlinin bu yüksək mükafata layiq görülən ilk azərbaycanlı olduğunu diqqətə çatdırıb.

Macar ədəbiyyatının tanınmış nümayəndələrinin seçilmiş əsərlərinin Ədəbiyyat Muzeyində təqdimatının keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirən Tamaş Yojef Torma “Azərbaycan-Macarıstan ədəbi əlaqələri Rasim Müzəffərlinin yaradıcılığında” kitabının Macarıstan ədəbiyyatı və mədəniyyətinin təbliği baxımından önəmini qeyd edib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
Daha sonra tanınmış türkoloq alim Mariya Keneşi tərəfindən Rasim Müzəffərlinin macar dilinə tərcümə olunmuş şeirləri və mahnı sözləri Azərbaycan Dillər Universitetinin macar dili üzrə məzunu Arzu Cəlilovanın ifasında səsləndirilib.
Sonda kitabın müəllifi Rasim Müzəffərli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına, eləcə də kitabın işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirib, imzası ilə kitablarını oxuculara təqdim edib. O, həmçinin Macarıstanla bağlı şeirlərini, klassik macar poeziyasından tərcümələrini və mahnılarını səsləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Mart 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri