Icma.az
close
up
RU
Azərbaycan mediası COP29 zamanı 60 min material yayıb

Azərbaycan mediası COP29 zamanı 60 min material yayıb

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Audiovizual Şura və Medianın İnkişafı Agentliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycan mediasında və sosial mediada işıqlandırılma vəziyyəti ilə bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi iki həftə ərzində informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr edib, ayrı-ayrı günlərdə istehsal olunmuş xəbərlərin 60 faizini sammitlə bağlı materiallar təşkil edib. 2024-cü il noyabrın 11-dən 23-dək mediada mövzu ilə əlaqədar 60.000-ə yaxın link yaradılıb, bunlardan 42.000-ə yaxını azərbaycandilli, 10.600-dən çoxu rusdilli, 7.300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.

COP29-la bağlı materialların işıqlandırılması zamanı xüsusilə informasiya agentlikləri məlumat bazasını formalaşdıran əsas mənbəyə çevrilib. Agentliklərin hər biri tərəfindən tədbir pavilyonuna 10-a yaxın jurnalist və fotomüxbir cəlb edilərək çoxsaylı qonaqlarla müsahibələr təşkil olunub, yüzlərlə görüş və müzakirələr haqqında informasiyalar və geniş reportajlar hazırlanıb.

Xarici mediada COP29-la bağlı informasiya manipulyasiyasına cəhdlərin olduğu nəzərə alınaraq, sammitlə bağlı yüzlərlə vacib məlumat informasiya agentlikləri tərəfindən 3 dildə təqdim edilib. Bəzi media subyektlərinin rəhbərlərinin COP29-un əhəmiyyəti barədə məqalə və açıqlamaları öz təşəbbüsləri ilə dünya mediasında işıqlandırılıb.

Qeyd edək ki, informasiya agentliklərinin və onlayn media subyektlərinin veb-saytlarında sammitlə bağlı məlumatları daha əlçatan etmək üçün COP29 bölməsi yaradılıb.

Sammitin ilk günündən etibarən media subyektlərinin sosial şəbəkə hesablarında ölkənin informasiya məkanında əsas mövzuya çevrilmiş COP29-la bağlı aktiv paylaşımlar edilib, həmin materiallar da daxil olmaqla, iki həftə ərzində sosial şəbəkələrin Azərbaycan seqmentində COP29-la bağlı paylaşımlara 10 milyondan artıq istifadəçi reaksiyası müşahidə olunub.

COP29 və onunla bağlı tədbirlər Azərbaycanın televiziya kanallarında da geniş şəkildə işıqlandırılıb. Telekanallar COP29 barədə materialların hazırlanmasını xüsusi prioritet kimi müəyyənləşdirərək tədbirin işıqlandırılmasına 60-dan çox çəkiliş qrupu ayırıb. Bəzi günlərdə, xüsusilə liderlər konfransı günlərində isə çəkiliş qruplarının sayı daha da çox olub.

Aparılmış monitorinqlərin nəticələri göstərir ki, ümumölkə televiziya kanalları 2024-cü il noyabrın 10-24-də ümumilikdə müxtəlif məzmunlu 5344 material – xüsusi reportajlar hazırlayıb, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr, süjetlər, canlı bağlantılar və s. yayımlayıb. Televiziya kanalları xəbər və xüsusi reportajlarla yanaşı, COP29 tədbirinin bu və ya digər aspektlərini yerli və xarici ekspertlərin iştirakı ilə ayrı-ayrı müzakirə və təhlil proqramlarında da gündəmdə saxlayıb, geniş müzakirələr təşkil ediblər. Ümumilikdə, AzTV-də 1234, “REAL” TV-də 900, “AnewZ” TV-də 840, “ARB24” TV-də 759, CBC TV-də 429, ATV-də 326, İTV-də 321, “Xəzər” TV-də 295, “Space” TV-də 149, ARB TV-də 91 material yayımlanıb.

Ölkə kanallarında COP29 tədbirinin işıqlandırılması tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Belə ki, televiziya auditoriyasının həcminin araşdırılması ilə məşğul olan “MARSA LTD” şirkətinin məlumatına əsasən, COP29 günlərində Azərbaycan televiziya kanallarına orta hesabla gündəlik baxış sayı 5 milyon 336 min nəfər olub. Ümumi orta baxış isə 7 milyon 888 min nəfər təşkil edib.

Beynəlxalq tədbirin yekununda verilmiş tarixi qərarların və sammitin nəticələrinin əhəmiyyətini nəzərə alaraq, ölkə mediası mövzunu COP29 bitdikdən sonra da davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 Noyabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri