Icma.az
close
up
RU
Azərbaycan mediası COP29u necə işıqlandırdı 60 min material, 4500dən artıq telereportaj

Azərbaycan mediası COP29u necə işıqlandırdı 60 min material, 4500dən artıq telereportaj

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Audiovizual Şura və Medianın İnkişafı Agentliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycan mediasında və sosial mediada işıqlandırılma vəziyyəti ilə bağlı birgə məlumat yayıb. 

Pravda.az xəbər verir ki, məlumatda qeyd edilir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi iki həftə ərzində informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr edib, ayrı-ayrı günlərdə istehsal olunmuş xəbərlərin 60 faizini sammitlə bağlı materiallar təşkil edib. 2024-cü il noyabrın 11-dən 23-dək mediada mövzu ilə əlaqədar 60.000-ə yaxın link yaradılıb, bunlardan 42.000-ə yaxını azərbaycandilli, 10.600-dən çoxu rusdilli, 7.300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib. 

COP29-la bağlı materialların işıqlandırılması zamanı xüsusilə informasiya agentlikləri məlumat bazasını formalaşdıran əsas mənbəyə çevrilib. Agentliklərin hər biri tərəfindən tədbir pavilyonuna 10-a yaxın jurnalist və fotomüxbir cəlb edilərək çoxsaylı qonaqlarla müsahibələr təşkil olunub, yüzlərlə görüş və müzakirələr haqqında informasiyalar və geniş reportajlar hazırlanıb. 

Xarici mediada COP29-la bağlı informasiya manipulyasiyasına cəhdlərin olduğu nəzərə alınaraq, sammitlə bağlı yüzlərlə vacib məlumat informasiya agentlikləri tərəfindən 3 dildə təqdim edilib. Bəzi media subyektlərinin rəhbərlərinin COP29-un əhəmiyyəti barədə məqalə və açıqlamaları öz təşəbbüsləri ilə dünya mediasında işıqlandırılıb. 

Qeyd edək ki, informasiya agentliklərinin və onlayn media subyektlərinin veb-saytlarında sammitlə bağlı məlumatları daha əlçatan etmək üçün COP29 bölməsi yaradılıb. 

Sammitin ilk günündən etibarən media subyektlərinin sosial şəbəkə hesablarında ölkənin informasiya məkanında əsas mövzuya çevrilmiş COP29-la bağlı aktiv paylaşımlar edilib, həmin materiallar da daxil olmaqla, iki həftə ərzində sosial şəbəkələrin Azərbaycan seqmentində COP29-la bağlı paylaşımlara 10 milyondan artıq istifadəçi reaksiyası müşahidə olunub. 

COP29 və onunla bağlı tədbirlər Azərbaycanın televiziya kanallarında da geniş şəkildə işıqlandırılıb. Telekanallar COP29 barədə materialların hazırlanmasını xüsusi prioritet kimi müəyyənləşdirərək tədbirin işıqlandırılmasına 60-dan çox çəkiliş qrupu ayırıb. Bəzi günlərdə, xüsusilə liderlər konfransı günlərində isə çəkiliş qruplarının sayı daha da çox olub. 

Aparılmış monitorinqlərin nəticələri göstərir ki, ümumölkə televiziya kanalları 2024-cü il noyabrın 10-24-də ümumilikdə müxtəlif məzmunlu 5344 material - xüsusi reportajlar hazırlayıb, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr, süjetlər, canlı bağlantılar və s. yayımlayıb. Televiziya kanalları xəbər və xüsusi reportajlarla yanaşı, COP29 tədbirinin bu və ya digər aspektlərini yerli və xarici ekspertlərin iştirakı ilə ayrı-ayrı müzakirə və təhlil proqramlarında da gündəmdə saxlayıb, geniş müzakirələr təşkil ediblər. Ümumilikdə, AzTV-də 1234, “REAL” TV-də 900, “AnewZ” TV-də 840, “ARB24” TV-də 759, "Baku TV"-də 757, CBC TV-də 429, ATV-də 326, İTV-də 321, “Xəzər” TV-də 295, “Space” TV-də 149, ARB TV-də 91 material yayımlanıb.

Ölkə kanallarında COP29 tədbirinin işıqlandırılması tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Belə ki, televiziya auditoriyasının həcminin araşdırılması ilə məşğul olan “MARSA LTD” şirkətinin məlumatına əsasən, COP29 günlərində Azərbaycan televiziya kanallarına orta hesabla gündəlik baxış sayı 5 milyon 336 min nəfər olub. Ümumi orta baxış isə 7 milyon 888 min nəfər təşkil edib.

Beynəlxalq tədbirin yekununda verilmiş tarixi qərarların və sammitin nəticələrinin əhəmiyyətini nəzərə alaraq, ölkə mediası mövzunu COP29 bitdikdən sonra da davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 Noyabr 2024 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see189

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see163

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see122

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see119

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see119

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see119

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see118

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see118

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see117

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see116

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see114

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see114

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see114

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see111

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see111

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see111

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see111

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri