Icma.az
close
up
RU
Azərbaycan mediasında süni intellekt: Jurnalistin köməkçisi, yoxsa rəqibi?

Azərbaycan mediasında süni intellekt: Jurnalistin köməkçisi, yoxsa rəqibi?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Süni intellekt artıq həyatımızın hər sahəsində var. O cümlədən jurnalistikada da... Süni intellekt məqalə yazır, şəkil seçir, aparıcılıq edir, videolar düzəldir və s. Bəs süni intellektin gələcək jurnalistika üçün nə kimi nəticələri ola bilər?

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Jurnalistika daha etibarlı mənbəyə çevriləcək"

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli qeyd edir ki, özü də müxtəlif məlumatların əldə olunmasında, dəqiqləşdirilməsində, mənbələrin toplanmasında süni intellektdən istifadə edir: "Onun verdiyi imkanlardan istifadə edərək jurnalistlər bir çox işləri yerinə yetirə bilirlər. Xüsusən də korrektə, redaktə, tərcümə və digər texniki sahələr süni intellekt vasitəsilə yaxın zamanlarda sıradan çıxacaq. Bu, dövrün reallığıdır. Amma jurnalistika yaradıcı sahə olduğu üçün jurnalistin işini tam yerinə yetirə bilməz".

H.Heydərlinin sözlərinə görə, süni intellekt jurnalistikanı daha da peşəkarlaşdıracaq: "Süni intellekt araşdırma jurnalistikası, canlı reportaj, müsahibə janrına təsir edə bilməz. Əksinə, jurnalistlərin daha çevik, yaradıcı olmasına kömək edə bilər. Süni intellektin verdiyi məlumat tam fakt da deyil. Çünki o, bizə yalnız internetdə olan məlumatlar əsasında informasiya verir. Düşünürəm ki, süni intellektin jurnalistlərə ehtiyacı olacaq, nəinki jurnalistlərin süni intellektə".

"Mənfi təsirlərinin də olacağı şübhəsizdir"

"Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı isə süni intellektin məlumat kirliliyinə səbəb olacağını düşünür: "Özüm istifadə etmirəm. Amma hər bir texnologiyanın, yeniliyin müsbət, mənfi tərəfləri var. Süni intellektin mətbuatımıza təsiri yaxın illərdə kifayət qədər hiss olunacaq. Təbii ki, mənfi təsirlərinin də olacağı şübhəsizdir. Çünki süni intellektə verilən tapşırıqlar kifayət qədər əhatəli olmalıdır. Əgər jurnalist bu məlumatın doğru və ya yanlış olduğundan xəbərsizdirsə, yanlış informasiyalar yayımlana bilər. Həmçinin jurnalistika fərdi yaradıcılıq məhsuludur. O səbəbdən süni intellektin jurnalisti tamamilə əvəz etməsi şübhəlidir. Amma yeni bir texnoloji proses olaraq media bundan kənarda qala bilməz".

"Süni intellekt sadəcə alətdir"

Oxu.Az saytının baş redaktoru Ülvi Səfərovun fikrincə, süni intellekt sayəsində jurnalist daha da operativləşəcək: "Saytımızda süni intellektdən şəkillərin yaradılmasında, materialların sinxron hazırlanmasında geniş istifadə edirik. Mahiyyət olaraq başa düşmüşük ki, süni intellektsiz gələcəkdə nəsə etmək çox çətin olacaq. Amma o, sadəcə alətdir. Tərcüməni jurnalist kimi edə bilər. Ancaq emosiyaları, yanaşmanı jurnalist kimi oxucuya çatdıra bilməz. Bu səbəbdən jurnalistika hər zaman yaşayacaq. İnformasiyanı doğru formada oxucuya çatdıra biləcək yalnız insandır. Çünki jurnalist bilir ki, oxucu nə istəyir, necə istəyir. Buna uyğun olaraq yazı ortaya çıxır. Süni intellekt bir təhlükə deyil. Əksinə, jurnalistikanı sürətləndirən, operativ şəkildə işləməyə şərait yaradan bir vasitədir".

"5-6 jurnalistin işini süni intellektin köməyi ilə görə biləcəyik"

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov da peşəkar fəaliyyətində süni intellektin dəstəyindən yararlanır: "Biz tərcümə və şəkil yaratmaq üçün istifadə edirik. Amma yüz faizlik nəticə almaq olmur. Mən axtarışda, tərcümədə, şəkil düzəltməkdə bir neçə süni intellekt alətindən istifadə edirəm. Amma heç birinə işimi tam etibar etmirəm. Onlar sadəcə mənim köməkçilərimdir".

V.Məmmədovun sözlərinə görə, jurnalistikada elə janrlar var ki, insanın şəxsiyyətindən, dünyagörüşündən, hadisəyə baxışından yaranır. Belə insanları süni intellekt əvəz edə bilməz: "Xəbər yazmaq, tərcümələr etməyi şablonlaşdırmaq mümkündür. O səbəbdən işin standart hissəsini görən əməkdaşlara ehtiyac qalmayacaq. Amma yaradıcılığı, kreativliyi olan insanlar öz işlərində qalacaqlar. Əksinə, onlar süni intellektin gələcəkdə istifadə etməsi üçün materiallar yaradacaqlar. Gələcəkdə 5-6 jurnalistin gördüyü işi bir jurnalist süni intellektin köməyi ilə görə biləcək".

"Rəqabət hissi yaradır"

Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu süni intellekti jurnalistika üçün nəinki təhdid, əksinə, fürsət hesab edir: "Sadəcə bu fürsətdən düzgün yararlanmaq lazımdır. Mətni süni intellektə etibar etmək olmaz, müəlliflər, redaktorlar indi daha "gözüaçıq" və məsuliyyətli olmalıdır. Ən ideal model odur ki, süni intellekt faktları və strukturu verir, insan isə ona üslub, ruh, yanaşma qatır. Ortaya nə robot mətni çıxır, nə də yorğun jurnalistin şablon yazısı - ikisinin sintezindən balanslı, oxunaqlı bir iş alınır. Süni intellekt heç bir halda jurnalistikaya təhdid deyil".

E.Zahiroğlu da süni intellektlə işlərini asanlaşdırır: "Şəxsən mənim üçün süni intellekt bir tərəfdən köməkçidir, digər tərəfdən rəqib. O məni daim "diri saxlayır". Məsələn, başlıq fikirləşəndə, ya da fikirlərimi konturlaşdıranda "ChatGPT"dən istifadə edirəm. Bəzən elə təklif verir ki, düşünürəm: "Bunu niyə özüm fikirləşmədim?" Bu suallar rəqabət hissi yaradır, adam daha fərqli variantlar axtarmağa başlayır. Bir də süni intellektin kömək etdiyi daha bir tərəf telefonla yazı hazırlamaqdır. Tədbirlərdə, ya da yolda olanda yazmaq istədiklərimi səslə deyirəm, süni intellekt onu mətnə çevirir. Bu, əslində, bizim sahədə inanılmaz rahatlıqdır. Bir sözlə, süni intellekt bizim peşədə nə rəqib, nə də tam müəllif ola bilər. O, sadəcə yaxşı bir köməkçidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyul 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri