Icma.az
close
up
RU
Menu

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

Bu gündən ixtisas seçiminə start verilir

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

Paşinyan Tokayevi məlumatlandırıldı

Öldürüb, meytini də hissələrə bölmüşdü Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATI VİDEO

Dövlət Proqramı ilə xaricdə təhsildə ilk! Fotolar

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

A new mechanism of resistance to treatment found in cancer cells## Translation note: I ve provided a direct translation of the Russian title into English, maintaining the original meaning and structure.

Telegram 3,5 milyon cərimələndi

Azərbaycan məktəbliləri ABŞ da keçirilən beynəlxalq olimpiadada birinci yeri tutublar MÜSAHİBƏ

Azərbaycan məktəbliləri ABŞ da keçirilən beynəlxalq olimpiadada birinci yeri tutublar MÜSAHİBƏ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 avqust, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycanı beynəlxalq elmi müsabiqədə təmsil edən məktəblilər böyük uğura imza atıblar. Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin IX sinif şagirdləri, “Bucard Startup Academy”nin məzunları Samirə Cəfərli və Cəsur Rəsulzadə, ABŞ-ın Nyu-York ştatının Roçester şəhərində keçirilmiş “GENIUS” Beynəlxalq Elmi Olimpiadasında “Elm” (“Science”) kateqoriyası üzrə birinci yerə layiq görülüblər.

“Genius” Olimpiadası - ətraf mühit problemlərinə həsr olunmuş və dünyanın müxtəlif ölkələrindən minlərlə məktəblinin qatıldığı nüfuzlu beynəlxalq yarışmadır. Bu yarışmanın əsas məqsədi gənc nəslin elmi potensialını üzə çıxarmaq və ətraf mühitə dair məsuliyyət hissini formalaşdırmaqdır.

AZƏRTAC-a müsahibələrində Samirə Cəfərli və Cəsur Rəsulzadə, eləcə də məktəblilərin mentoru “Bucard Startup Academy”nin mütəxəssisi Ramin Əkbərov layihənin ərsəyə gəlməsi və uğura aparan yol barədə ətraflı danışıblar.

Qeyd edək ki, bu uğurun hekayəsi ölkəmizdə təşkil olunan “Sabahın alimləri” respublika müsabiqəsindən başlayıb. Komanda həmin müsabiqəyə təqdim etdiyi “Elastik yol baryerləri ilə qəza riskinin azaldılması” layihəsi ilə “Fizika” kateqoriyası üzrə ikinci yerə layiq görülüb. Daha sonra “Science CAT” beynəlxalq müsabiqəsində iştirak edən komanda layihəni daha da inkişaf etdirib. Layihənin uğurlu nəticələri gəncləri daha böyük hədəflərə aparıb və onlar işlərini beynəlxalq səviyyəyə çıxarmaq qərarına gəliblər.

Cəsur Rəsulzadə AZƏRTAC-a açıqlamasında bildirib: “ABŞ-da keçirilən “Genius” Olimpiadasına layihəmizi göndərdik. Müsabiqə təşkilatçıları işimizi bəyəndilər və biz finala dəvət aldıq. “Elm” kateqoriyasında ümumilikdə 1649 layihə vardı, onlardan təxminən 490-ı final mərhələsinə keçmişdi. Layihələr çox güclü idi, amma komanda işi, ideyanın aktuallığı və təqdimatın keyfiyyəti sayəsində birinci yeri qazandıq”.

Final mərhələsi müxtəlif universitetlərdə keçirilib. “Elm” kateqoriyasına daxil olan layihələr yüksəksəviyyəli laboratoriyalarda və texniki imkanlarla təqdim olunub. Azərbaycanlı məktəblilər burada yalnız elmi biliklərini deyil, həm də problem həlletmə bacarıqlarını nümayiş etdiriblər.

Samirə Cəfərli isə layihənin ideyası barədə danışıb: “Biz düşündük ki, dünya miqyasında həlli vacib olan problem seçməliyik. Yol təhlükəsizliyi məsələsini araşdırarkən gördük ki, mövcud dəmir baryerlər qəza zamanı sürücüyə və sərnişinlərə ciddi zərər vurur. Digər tərəfdən, istifadəsiz avtomobil təkərlərinin yandırılması ekoloji fəlakət yaradır. Bu iki problemi birləşdirərək köhnə təkərlərdən hazırlanan elastik baryerlər ideyasını işləyib-hazırladıq. Bu baryerlər avtomobil toqquşduqda zərbəni yumşaldır və maşını təhlükəsiz istiqamətə yönləndirir. Layihəmiz avtomobil qəzası zamanı toqquşma gücünü azaltmaq, ölüm hallarını və ciddi xəsarətləri minimuma endirmək məqsədi daşıyır. Təkrar emal olunmuş avtomobil təkərlərindən hazırlanmış fırlanan və elastik modullu baryerlər laboratoriya şəraitində sınaqdan keçirilib və toqquşma zamanı enerjini udaraq zərbənin 40–90 faiz azalmasına səbəb olur. Layihədə elmə əsaslanan texnoloji həllər təqdim olunub. Qəza zamanı enerjinin udulması, materialların təkrar istifadəsi və ekoloji davamlılıq bu layihənin əsas üstünlüklərindəndir”.

Layihə yalnız yol-nəqliyyat qəzalarının nəticələrini yüngülləşdirməklə məhdudlaşmır, eyni zamanda, tullantıların təkrar istifadəsi ilə ətraf mühitin qorunmasına töhfə verir. Komanda gələcəkdə layihəni təkmilləşdirərək onun tətbiq imkanlarını genişləndirməyi planlaşdırır.

Cəsur Rəsulzadə planlarından da danışıb: “Mən informasiya texnologiyaları, xüsusilə kibertəhlükəsizlik və data analitikası üzrə mütəxəssis olmaq istəyirəm. Bu olimpiadada iştirak bizə həm böyük təcrübə, həm də motivasiya verdi. Azərbaycanı təmsil edən yeganə komanda kimi qalib olmaq bizə qürur yaşatdı”.

Gənclər qeyd edirlər ki, uğurun əsas açarı zəhmət, davamlı öyrənmə və komanda işidir. Onlar beynəlxalq yarışda gördükləri yüksəksəviyyəli layihələrin onlara gələcək fəaliyyətləri üçün ilham verdiyini bildiriblər.

Elmi-texniki yaradıcılıq sahəsində istedadlı gənclərin üzə çıxarılması və onların bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr ölkəmizdə mühüm əhəmiyyət daşıyır. Belə uğur hekayələrindən biri də “Sabahın alimləri” müsabiqəsində iştirak edən və layihələri ilə fərqlənən gənclərə aiddir.

Mentor və təlimçi bildirir Ramin Əkbərov bildirib ki, həmin şagirdlərlə əməkdaşlıq təşəbbüsü ilk olaraq valideynlərdən gəlib. R.Əkbərov diqqət çatdırıb ki, gənclərdən biri – Cəsur böyük qardaşının ardınca gedərək elmi layihələr sahəsində fəaliyyətə başlayıb: “Biz daha əvvəl ailə ilə işləyirdik. İkinci övladla da təlim prosesinə başladıq. Çox potensiallı, öyrənməyə açıq gənclərdir. Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirirlər. Bəzən elə olur ki, onlar bizə də yeni ideyalar təqdim edirlər”.

Mentorun sözlərinə görə, ölkədə bu sahə üzrə sistemli və geniş proqramlar azdır. Orta məktəb və universitet proqramlarında müvafiq biliklər məhdud şəkildə verilir: “Bizim məqsədimiz gənclərin bacarıqlarını kompleks şəkildə formalaşdırmaqdır. Təlim zamanı şagirdlər layihənin ideya mərhələsindən icrasına qədər bütün prosesi praktiki olaraq öyrəndilər. Bu yolla yalnız texniki bilik deyil, həm də problem həlletmə, yaradıcı düşünmə və komanda işi bacarıqları aşılanır”.

Mütəxəssis vurğulayıb ki, real problemlərə innovativ həllər tapmaq bacarığı həm elm, həm təhsil, həm də biznes mühitində böyük üstünlük qazandırır. Bu bacarıqlar Dünya İqtisadi Forumunun 2030-cu il üçün müəyyən etdiyi “Top 10 bacarıq” siyahısında da öz əksini tapır.

Layihənin gələcək mərhələsi barədə danışan R.Əkbərov bildirib ki, əsas məqsəd onun təkmilləşdirilməsi və imkan daxilində kommersiyalaşdırılmasıdır: “Əgər layihə istehsal səviyyəsinə çatdırılsa, bu, çox böyük nailiyyət olacaq. Əlbəttə, bu proses vaxt, səbir və əzmkarlıq tələb edir”.

O, gənclərə və valideynlərə də tövsiyələrini çatdırıb: “Universitetdə dərs dediyim tələbələrin əksəriyyəti ixtisas seçimində çətinlik çəkir. Təxminən 5 faiz tələbə ixtisasını şüurlu şəkildə seçir. Valideynlər övladlarını yönləndirərkən onların maraqlarını, bacarıqlarını nəzərə almalıdırlar. Məktəb təhsili ilə kifayətlənmək olmaz, bacarıq əsaslı inkişaf vacibdir. Uşağın sevdiyi sahədə inkişafı gələcək uğurun açarıdır”.

Qeyd olunub ki, valideynlərin övladlarının inkişafına göstərdiyi həm maddi, həm də mənəvi dəstək gələcəkdə öz bəhrəsini verir.

Bu uğuru Azərbaycan elminin və təhsilinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılmış addım kimi qiymətləndirmək olar. Onların qələbəsi gələcək nəsil üçün həm motivasiyaedici, həm də strateji əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see175

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see171

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see158

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see132

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see129

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see129

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

11 Avqust 2025 07:50see127

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see125

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

11 Avqust 2025 21:26see123

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see122

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see121

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

11 Avqust 2025 22:49see120

Bu gündən ixtisas seçiminə start verilir

11 Avqust 2025 08:49see120

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see119

Paşinyan Tokayevi məlumatlandırıldı

11 Avqust 2025 19:04see119

Öldürüb, meytini də hissələrə bölmüşdü Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATI VİDEO

11 Avqust 2025 18:32see119

Dövlət Proqramı ilə xaricdə təhsildə ilk! Fotolar

11 Avqust 2025 16:43see118

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

12 Avqust 2025 01:17see118

A new mechanism of resistance to treatment found in cancer cells## Translation note: I ve provided a direct translation of the Russian title into English, maintaining the original meaning and structure.

11 Avqust 2025 06:42see117

Telegram 3,5 milyon cərimələndi

12 Avqust 2025 05:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri