Azərbaycan məktəbliləri IOI 2026 da üç bürünc medal qazanıblar
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycan məktəbliləri Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2026) 3 bürünc medal qazanıblar.
Təhsil İnstitundan AZƏRTAC-a bildirilib ki, avqustun 9-dan 16-dək Özbəkistanın Daşkənd şəhərində keçirilən olimpiadada Azərbaycanı təmsil edən məktəblilər uğurlu nəticə göstəriblər. Olimpiadada 157 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsən Vəliyev, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Əkbər Əhmədov və Bakı Türk Anadolu liseyinin XI sinif şagirdi Əhməd Qəmbərli bürünc medala layiq görülüblər.
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 17 Avqust 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















