EGMO 2026: Azərbaycanlı qızlar üç bürünc medal qazanıblar
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı,15 aprel, AZƏRTAC
Azərbaycan məktəbliləri XV Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO 2026) üç bürünc medal əldə ediblər.
Azərbaycan Respublikasının Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, Fransanın Bordo şəhərində keçirilmiş olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9 və 10-cu sinif şagirdləri Gülay Əlizadə və Zeynəb Umudlu, həmçinin Bakı şəhəri 236 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ləman Nəbiyeva fərqlənərək bürünc medallara layiq görülüblər.
Qeyd edək ki, Avropa Qızlar Riyaziyyat Olimpiadası riyaziyyat sahəsində istedadlı qız şagirdlərin üzə çıxarılması və onların beynəlxalq arenada inkişafının dəstəklənməsi məqsədilə təşkil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 15 Aprel 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















