Azərbaycan Mərkəzi Bankı 2 BOKTun vəzifəli şəxslərini cərimələyib AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitiki.az-ə əsaslanaraq Azərbaycan Mərkəzi Bankı 2 BOKTun vəzifəli şəxslərini cərimələyib AzPolitika onlayn siyasiictimai qəzet.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2 bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimə edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə müvafiq olaraq “Azinvestkedit” MMC-nin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 min manat, Məcəllənin yalnız 598.1.2-ci maddəsinə müvafiq olaraq isə “Para” ASC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimələnib.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)