Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Bankı: 33 illik fəaliyyətin yeni uğurları

Azərbaycan Mərkəzi Bankı: 33 illik fəaliyyətin yeni uğurları

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin maliyyə sisteminin tənzimlənməsi və inkişafı sahəsində mühüm rol oynayan əsas institutlardan biridir. 1992-ci ildə yaradıldıqdan sonra keçdiyi 33 illik yol ərzində qurum makroiqtisadi sabitliyin qorunması, maliyyə sisteminin gücləndirilməsi və iqtisadi artımın dəstəklənməsi istiqamətində mühüm addımlar atıb.

Son illər ərzində qlobal iqtisadi trendlər, sürətlə dəyişən maliyyə texnologiyaları və yeni çağırışlar fonunda AMB fəaliyyətini daha çevik və innovativ yanaşmalar əsasında qurub. Xüsusilə pul siyasətinin təkmilləşdirilməsi, dayanıqlı maliyyələşmənin təşviqi, maliyyə inklüzivliyinin artırılması və sektorun dayanıqlılığının gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkənin iqtisadi inkişafına töhfə verib.

Bank sektorunun sabitliyini qorumaq və maliyyə bazarlarının inkişafını dəstəkləmək üçün qəbul edilən qərarlar Azərbaycanın iqtisadi dayanıqlığını artırmağa xidmət edir. Mərkəzi Bank təkcə tənzimləyici qurum kimi çıxış etmir, eyni zamanda innovativ maliyyə həllərinin tətbiqi və rəqəmsal ekosistemin inkişafı üçün mühüm təşəbbüslər həyata keçirir.

"Report" bu yazıda Mərkəzi Bankın son illərdə qazandığı mühüm nailiyyətlərə və həyata keçirdiyi strateji addımlara nəzər salacaq.

Pul siyasətinin təkmilləşdirilməsi və bazarın inkişafı

Ötən dövr ərzində Mərkəzi Bank pul siyasəti çərçivəsini beynəlxalq təcrübəyə uyğun olaraq yeniləyib. Bu islahatlar ölkədə makroiqtisadi sabitliyi qorumaq, inflyasiyanı nəzarətdə saxlamaq və maliyyə bazarlarının dayanıqlığını artırmaq məqsədinə xidmət edir.

Pul siyasətinin yeni konfiqurasiyası banklararası bazarda həm təminatsız, həm də təminatlı seqmentlərdə aktivliyi artırıb. Mərkəzi Bankın həyata keçirdiyi faiz dəhlizi siyasəti nəticəsində bazarda formalaşan qısamüddətli faizlər faiz dəhlizinin daxilində hərəkət edir. Bundan əlavə, faiz dəhlizinin parametrlərinin dəyişdirilməsi ilk dəfə olaraq banklararası qısamüddətli faizlərə və bu vasitə ilə uzunmüddətli faizlərə təsir etməyə başlayıb.

Bu addımlar ölkədə kredit bazarının inkişafına da müsbət təsir edib. Banklararası bazarda faiz dərəcələrinin daha səmərəli tənzimlənməsi kommersiya banklarının maliyyə vəsaitlərinə çıxışını asanlaşdırıb, kreditlərin dəyərini optimallaşdırıb və iqtisadiyyata yönələn vəsaitlərin daha effektiv bölüşdürülməsinə imkan yaradıb.

Dayanıqlı maliyyələşmə və yaşıl iqtisadiyyat

AMB dayanıqlı inkişaf strategiyasına uyğun olaraq "yaşıl maliyyələşmə"ni təşviq edən mühüm addımlar atıb. İqlim dəyişikliyinin təsirlərini azaltmaq və ekoloji davamlı iqtisadi inkişafı maliyyələşdirmək məqsədilə 2023-cü ildə Yaşıl Taksonomiya hazırlanıb. Bu sənəd "yaşıl maliyyə"nin əsas meyarlarını müəyyən edərək, banklar və investorlar üçün ekoloji cəhətdən təmiz layihələri maliyyələşdirmək üçün vahid çərçivə təqdim edir.

Bundan əlavə, Mərkəzi Bank beynəlxalq tərəfdaşlarla birgə Dayanıqlı Maliyyə Taksonomiyalarının Qarşılıqlı Əlaqəliliyi və Müqayisəliliyi üzrə Yol Xəritəsi hazırlayıb. Bu sənəd Azərbaycanda "yaşıl maliyyə" standartlarını beynəlxalq normalara uyğunlaşdırmağa, xarici investisiyaların cəlb edilməsini asanlaşdırmağa və ölkənin "yaşıl iqtisadiyyat"a keçidini sürətləndirməyə xidmət edir.

"Yaşıl maliyyə"nin inkişafı üçün bank sektorunda "yaşıl kredit"lərin və ekoloji investisiyaların təşviqi istiqamətində təşəbbüslər həyata keçirilib. Bankların ekoloji cəhətdən təmiz layihələri dəstəkləməsi üçün tənzimləmə mexanizmləri üzərində iş aparılır.

Maliyyə sektorunun inkişaf strategiyası

Maliyyə sisteminin dayanıqlığını artırmaq və maliyyə bazarlarını modernləşdirmək məqsədilə AMB 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyasını təsdiqləyib. Bu strateji sənəd ölkənin bank, kapital bazarları, sığorta və ödəniş sistemlərini daha dayanıqlı və rəqabətqabiliyyətli etmək məqsədi daşıyır.

Strategiya ölkənin maliyyə sisteminin daha çevik və innovativ olmasına, iqtisadiyyatın real sektoruna daha səmərəli dəstək verməsinə şərait yaradacaq.

İstehlakçı hüquqlarının müdafiəsi

İstehlakçı hüquqlarının qorunması istiqamətində mühüm yeniliklər tətbiq edilib. Kredit və sığorta sahəsində yeni tənzimləmə mexanizmləri qəbul olunaraq istehlakçıların banklar və sığorta şirkətləri ilə münasibətlərində şəffaflığın artırılması, mübahisələrin azaldılması və maliyyə xidmətlərindən istifadə edən vətəndaşların hüquqlarının gücləndirilməsi məqsədilə bir sıra qaydalar dəyişdirilib.

Maliyyə inklüzivliyi və innovativ maliyyə həlləri

Maliyyə inklüzivliyinin artırılması və rəqəmsal maliyyə texnologiyalarının inkişafı Mərkəzi Bankın əsas prioritetlərindən biridir. Bu məqsədlə ölkədə xüsusi tənzimləmə rejimi tətbiq olunmağa başlanılıb. Bu rejim innovativ maliyyə məhsullarının və xidmətlərinin inkişafına, startapların və fintex (maliyyə texnologiyaları) şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə imkan yaradır.

Bununla yanaşı, əhalinin maliyyə savadlılığının artırılması və real sektorun maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində strateji təşəbbüslər həyata keçirilir. Maliyyə inklüzivliyinin artırılması üçün regionlarda rəqəmsal maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması kimi tədbirlər görülür.

Açıq kommunikasiyalar və ictimaiyyətlə əlaqələr

Son dövrdə Mərkəzi Bank fəaliyyətində şəffaflığın artırılmasına və ictimaiyyətlə açıq kommunikasiyaların gücləndirilməsinə xüsusi önəm verilir. Bank rəhbərliyi mütəmadi olaraq media və ekspertlər ilə görüşlər keçirir, maliyyə bazarları və iqtisadi siyasətlə bağlı aktual məsələlərə dair müzakirələr aparılır.

Beləliklə, Mərkəzi Bank ötən 33 il ərzində ölkənin maliyyə sisteminin inkişafına və dayanıqlığının gücləndirilməsinə mühüm töhfələr verib. Son illərdə həyata keçirilən islahatlar nəticəsində ölkədə maliyyə bazarları daha inklüziv, innovativ və dayanıqlı hala gəlib. Azərbaycan Mərkəzi Bankının əsas missiyalarından biri ölkənin iqtisadi inkişafını dəstəkləməklə yanaşı, maliyyə sisteminin dayanıqlığını və rəqabət qabiliyyətini artırmaq, bununla da vətəndaşların rifahına töhfə verməkdən ibarətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://report.az
archiveBu xəbər 12 Fevral 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri