Icma.az
close
up
RU
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? İlkin versiya

Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? İlkin versiya

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə tədbirlər nəticəsində ölkə ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvləri aşkarlanıb və zərərsizləşdirilib.

Əməliyyatın detalları diqqət çəkir. Keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri – Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub. Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sözügedən şəxslərin yaratdığı yığınacaqlar, əldə etdiyi silah-sursat ciddi suallar yaradır. Qədir Hacıyev “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunub. Bu, mühüm detaldır.

“Meşə qardaşları” Rusiyanın Dağıstan respublikasında, Qafqaz Əmirliyinin Şəriət camaatının tərkibində olan islamçı-cihadçı qrup idi. 2016-cı ilin noyabrında üzvlərinin öldürülməsindən sonra qrupun dağıldığı bildirilir. Xüsusilə 2011-ci ilin aprelində qruplaşmanın sonuncu rəhbəri İsrapil Vəlicanovun ölümü qruplaşmanın dağılmasında ən böyük səbəb idi.

“Meşə qardaşları”nın yenidən canlanması ehtimalı azdır. Lakin qruplaşmanın İŞİD-in tabeliyinə keçməsi istisna deyil. Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən birgə tədbirlər zamanı zərərsizləşdirilən şəxslərin olduğu məkanda İŞİD bayrağının olması bu faktı bir daha təsdiq edir.

İŞİD faktoru ciddi və narahatverici olsa da, “Meşə qardaşları”nı özünə qatması asan məsələ deyil. Burada Rusiya faktoru ağıla gələ bilər. Maraqlı məqam budur ki, Azərbaycanda aktivləşmək istəyən terror qrupları şimaldan “ilhamlanır”. Rusiyanın uzun illər “Sadval” kimi separatçı, “Meşə “qardaşları” kimi dini radikal qruplaşmaları bəsləməsi, ayaqda saxlaması və rəsmi Bakıya ehtimal təzyiq rıçaqı kimi istifadə etməsi bəllidir. İŞİD-in ölkəmizə giriş cəhdinin arxasında birbaşa Rusiyanın olduğunu demək çətindir. Çünki Şimali Qafqaz Rusiya üçün də ciddi problemdir. Şimali Qafqazda Rusiyanın terrorla mübarizəsi daim davam edir. Aylar öncə Rusiya hüquq-mühafizə orqanları həmin regionda terrorçulara qarşı genişmiqyaslı əməliyyat keçirdi.

Çox güman ki, Azərbaycandakı bu qruplarla şimaldakılar arasında birbaşa əlaqə var. Hətta maliyyə, silah, təlimlər, partlayıcı maddələrin hazırlanması üçün dərslər Rusiya ərazisindən həyata keçilir. Maraqlı bir məqam da ondan ibarətdir ki, şimaldakı qruplar təkcə din yox, milli kimliyi də ön plana çıxarırlar. Yenə deyirəm, Rusiyanın prosesə birbaşa dəstək verdiyini demək çətindir. Çünki bu məsələ Rusiyanın özünün də əleyhinə çevrilə bilər. Amma Kremlin bu prosesin Azərbaycana fokuslanmasına göz yumması mümkün ehtimallar arasındadır.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Fevral 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri