Icma.az
close
up
RU
Media diplomatiyasının YÜKSƏLİŞİ Azərbaycan mətbuatı qlobal İNFORMASİYA CƏBHƏSİNDƏ KONKRET

Media diplomatiyasının YÜKSƏLİŞİ Azərbaycan mətbuatı qlobal İNFORMASİYA CƏBHƏSİNDƏ KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Kütləvi informasiya vasitələrinin hakimiyyətin dördüncü qolu adlandırıldığı məlumdur. Bu ifadə jurnalistikanın daxili siyasətdə rolunu vurğulamaq üçün istifadə olunur. Ancaq müasir dövrdə beynəlxalq münasibətlər sistemində medianın siyasi hadisələrin gedişatına təsiri danılmazdır.

Bunun nəticəsidir ki, media diplomatiyası anlayışı meydana çıxıb. Bu termin dövlətlərin rəsmi diplomatik kanallardan əlavə olaraq, jurnalistlər vasitəsilə öz mövqelərini, siyasi baxışlarını və milli maraqlarını beynəlxalq ictimaiyyətə çatdırması kimi ifadə edilir.

Media diplomatiyasının Azərbaycan nümunəsi

Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərlərində jurnalistlərin iştirakı sadəcə protokol elementi deyil, eyni zamanda informasiya diplomatiyasının strateji alətidir. Azərbaycan mediasının informasiya diplomatiyasında rolu Albaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində bir daha özünü göstərdi.


Təbii ki, Azərbaycan media nümayəndələrinin bu cür beynəlxalq tədbirdə Prezident İlham Əliyevi müşayiət etməsi yalnız xəbərləri dəqiq və operativ çatdırmaq məqsədi daşımırdı. Bu, həm də Azərbaycanın siyasi və diplomatik mövqeyinin, regional reallıqlara dair yanaşmasının beynəlxalq auditoriyaya birbaşa çatdırılması baxımından vacib idi.

Rəsmi qarşılama mərasimində diqqətçəkən məqamlar

Mayın 16-da “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak edən liderləri Albaniyanın Baş naziri Edi Rama qarşılayıb. Daha sonra isə bir sıra dövlət və hökumət başçıları jurnalistlərə yaxınlaşaraq onların suallarını cavablandırıblar. Bu məsələdə azərbaycanlı jurnalistlərin aktivliyi xüsusi ilə diqqət çəkib.


Belə ki, NATO-nun baş katibi Mark Rütte, Avropa Şurasının baş katibi Alen Berse, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen kimi nüfuzlu təsisatların liderləri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Fridrix Merts, Ukrayna Prezidenti Volodimir Zelenski Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, Finlandiyanın Baş naziri Petteri Orpo kimi dövlət və hökumət başçıları Azərbaycan mediasının suallarını cavablandırıblar.

Qeyd edilməsi vacib olan məqamlardan biri də Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın İctimai Televiziyasına verdiyi eksklüziv açıqlamadır. Xüsusilə diqqətçəkən isə jurnalistin müraciətindən sonra Paşinyanın geri qayıdaraq sualları cavablandırması oldu. Bu, təkcə Paşinyanın siyasi mövqeyini nümayiş etdirmədi, eyni zamanda Azərbaycan mediasının beynəlxalq nüfuzunu və peşəkarlığını da ortaya qoydu.


Jurnalistlərin diplomatiya cəbhəsində rolu

Prezident İlham Əliyevin xarici səfərlərində media nümayəndələrinin iştirakı həm informasiya təhlükəsizliyi, həm də milli mövqelərin beynəlxalq auditoriyaya çatdırılması baxımından əvəzsiz rola malikdir. Bu həm də bəzi xarici dairələrin informasiya manipulyasiyası və saxta məlumatlar tirajlamaq cəhdlərini də böyük ölçüdə əngəlləyir. Beləliklə, həm ölkə ictimaiyyəti məlumatlandırılır, həm də beynəlxalq informasiya mühitində Azərbaycanın mövqeyi dəqiqliklə təqdim olunur.

Digər tərəfdən, yerli media nümayəndələrinin bu cür nüfuzlu beynəlxalq toplantılarda iştirak etməsi onların xarici rəsmilər və jurnalistlərlə münasibətlərinin formalaşmasına imkan verir. Bu isə gələcək perspektivdə informasiya mübadiləsi və Azərbaycanın siyasi mövqeyinin daha geniş auditoriyaya çatdırılması üçün vacib məqamdır.


Yəni, Albaniyada keçirilən Zirvə toplantısında da jurnalistlərin iştirakı təkcə müxbirlik funksiyasından ibarət deyildi. Onlar həm də Azərbaycan diplomatiyasının informasiya qanadını təşkil edirdilər.

Mətbuatımızın yeni inormasiya düzənindəki funksiyası

Xüsusi ilə qeyd etməliyik ki, Qarabağ müharibəsi və post-münaqişə dövrünün informasiya savaşı müstəvisində media nümayəndələrinin beynəlxalq səfərlərdə iştirakı, dünya liderlərinin Azərbaycan mediasının suallarını cavablandırması həm də bölgədə yeni informasiya düzəninin formalaşdığını göstərir.

Yeni informasiya düzəni şəraitində isə medianın rolu təkcə xəbəri çatdırmaqla bitmir. Artıq mətbuatımız informasiya təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq miqyasda dezinformasiyanın qarşısının alınmasında və ictimai rəyin formalaşdırılmasında həlledici vasitəyə çevrilir…


Anar Tahirov, Bizim.Media informasiya portalının baş redaktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 May 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri