Icma.az
close
up
RU
Azərbaycan milli maraqlarını beynəlxalq aləmdə də uğurla qoruya bilir DEPUTAT

Azərbaycan milli maraqlarını beynəlxalq aləmdə də uğurla qoruya bilir DEPUTAT

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ulu Öndəri tərəfindən əsası qoyulan və indiki Prezident tərəfindən uğurla davam etdirilən dövlətçilik siyasətidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu siyasət Azərbaycana yüksək nüfuz və öz müstəqilliyini qoruya bilən bir ölkə imici qazandırmışdır:

"Düşünülmüş daxili siyasət, iqtisadiyyatımızın yenilənməsi, insanların sosial rifahının artırılması, ölkədə istənilən təhlükənin qarşısının əvvəlcədən alınması mexanizminin qurulması güclü dövlət modeli yaratmışdır. Əlbəttə ki, buna söykənərək Azərbaycan milli maraqlarını beynəlxalq aləmdə də uğurla qoruya bilir.

Bu, Azərbaycanın daxili işlərinə hər hansı xarici müdaxilənin qarşısının alınmasıdır. Bu, təbii sərvətlərimizin xalqın maraqlarına uyğun şəkildə istifadə edilməsidir. Bu, Azərbaycanın xarici kapital üçün əlverişli mühit yaratmasıdır. Eyni zamanda, beynəlxalq birlikdə dünyada sülhün və əmin-amanlığın təmin edilməsi üçün digər ölkələrlə əməkdaşlıq edilməsi də bugünkü reallığımızın tərkib hissəsidir.

Bütün bunlar Azərbaycana böyük nüfuz qazandırmışdır. Vaxtilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlərdən biri seçilməsi, Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməsi, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisinin koronavirus pandemiyası ilə bağlı xüsusi sessiyasının keçirilməsi – bütün bunlar Azərbaycanın nüfuzunun göstəricisidir.

Bu gün Azərbaycanın həm qonşularla, həm də qonşularının qonşuları ilə yaxşı münasibətləri vardır. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Bu gün bir-birinin ardınca xarici ölkələrdə Azərbaycan səfirlikləri açılır. Bu, hər iki ölkənin maraqlarına cavab verən bir məsələdir.

Azərbaycanın mədəniyyəti, tarixi və incəsənəti xarici ölkələrdə tanıdılır. Dünya Azərbaycan haqqında daha çox məlumat əldə edir və düzgün daxili və xarici siyasət Azərbaycanı beynəlxalq birlikdə nüfuzlu ölkəyə çevirmişdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyul 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri