Azərbaycan millisi Avro2025in seçmə mərhələsində ilk oyuna çıxır
Qol.az saytına istinadən Icma.az xəbər verir.
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
QOL.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gələcək. Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşmanı ukraynalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qrupun digər matçında isə Kipr və Estoniya milliləri üz-üzə gələcək.
26 noyabr
13:00.İsveçrə (U-19) - Azərbaycan (U-19)
Baş hakim: Kristina Kozoroh (Ukrayna)
Kouklia Community stadionu
16:30. Kipr (U-19) - Estoniya (U-19)
Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də isə Kiprlə qarşılaşacaq.

U19 millimiz Avro2025in seçmə mərhələsində ilk oyuna çıxır
13 Noyabr 2024 09:58
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyuna çıxır
13 Noyabr 2024 09:21
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxır
26 Noyabr 2024 11:36
U17 millimiz Avro2025in seçmə mərhələsində ilk xalını qazandı
19 Noyabr 2024 16:13
Azərbaycan millisi seçmə mərhələdə ilk oyununa çıxır
12 Mart 2025 10:01

