Icma.az
close
up
RU
Azərbaycan millisi D liqasına hansı halda düşə bilər?

Azərbaycan millisi D liqasına hansı halda düşə bilər?

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Azərbaycanın futbol üzrə milli komandası sabah Millətlər Liqasında 5-ci turun oyununa çıxacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüşdə milli komandamızın rəqibi Estoniya olacaq.

QOL.az-ın xəbərinı görə, hazırda Azərbaycan millisinin həm çıxış etdiyi 1-ci qrupda, həm də ümumən yarışdığı C liqasında durumu yaxşı deyil. Fernandu Santuşun komandası keçirdiyi 4 oyundan 1 xal belə qazana bilməyib və bu nəticə ilə qrupda sonuncu yeri tutur. Milli komandamızın qarşıda iki oyunu var: 16 noyabrda evdə Estoniya, 19 noyabrda isə səfərdə İsveçlə. 

Azərbaycan millisi hazırkı nəticəsi ilə C liqasında ən bərbad göstəriciyə malik iki komandadan biridir. Digər komanda isə bizim kimi sıfır xala malik Litvadır. Bu nəticə bizi D liqasına yaxınlaşdırır. Qeyd etmək yerinə düşər ki, milli komandamız Millətlər Liqasında çıxış etdiyi bütün dövrlərdə belə acınacaqlı durumda olmayıb.

Millətlər Liqasının əsasnaməsinə görə, C liqasında ən zəif nəticə göstərən 2 komanda avtomatik D liqasına düşür. Onları C liqasında D liqasının qrup qalibi olan 2 komanda əvəzləyir. 

C liqasında 4-cü yeri tutanlar arasında ən yaxşı nəticəyə malik 2 komanda isə D liqasında 2-ci yeri tutan 2 komanda ilə 2 pley-off matçı keçirir  (evdə və səfərdə). Pley-off cütlükləri püşkatma yolu ilə müəyyən edilir.

C liqasında 4 turdan sonrakı xal durumuna əsasən, 4-cü yeri tutan 4 komanda arasında vəziyyət belədir:

Latviya - 4 xal
Lüksemburq - 2 xal
Litva - 0 xal 
Azərbaycan - 0 xal 

Yəni əgər qrup mərhələsi indi yekunlaşardısa, Litva və Azərbaycan milliləri D liqasına düşər, Latviya və Lüksemburq isə pley-pff matçı keçirərdi. 

Beləliklə, hazırkı sıralamadan da göründüyü kimi, əgər Azərbaycan millisinin qarşıdakı iki matçdakı nəticələrində dəyişiklik olmasa (ən azı 1 qələbə mütləqdir) bu halda, milli komandamız ən aşağı nəticə göstərmiş iki komandadan biri olacaq və avtomatik D liqasına düşəcək. 

C liqasından fərqli olaraq, D liqasında isə 4 yox, 2 qrup var (hər birində 3 olmaqla 6 komanda) .

Hazırda D liqasında vəziyyət belədir:

1-ci qrup

1. Cəbəllütariq - 3 oyun, 5 xal
2. San-Marino - 2 oyun, 3 xal
3. Lixtenşteyn - 3 oyun, 2 xal

2-ci qrup

1. Moldova  - 3 oyun, 6 xal
2. Malta - 3 oyun, 6 xal
3. Andorra - 2 oyun, 0 xal

Əgər yarış indi bitərdisə, Cəbəllütariq və Moldova birbaşa C liqasına vəsiqə qazanar, San-Marino və Malta isə pley-off oyunu keçirərdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Noyabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri