Azərbaycan millisi FIFA reytinqində bir pillə irəlilədi
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
Azərbaycan millisi Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) reytinqində bir pillə irəliləyib.
Publika.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv 1158,7 xalla 117-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya dünya çempionu Argentina (1883,5 xal) başçılıq edir. Fransa (1859,85 xal) ikinci, İspaniya (1844,33 xal) üçüncüdür.

