Icma.az
close
up
RU
İsrail Trampın sanksiyalarına tuş gələ bilər: Netanyahunun qorxusu gerçəkləşir?

İsrail Trampın sanksiyalarına tuş gələ bilər: Netanyahunun qorxusu gerçəkləşir?

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi sərt beynəlxalq sanksiyaların mümkünlüyünə hazırlaşmalıdır.

“Bakupost” xəbər verir ki, İsrailin Baş naziri Kanal 10-a verdiyi müsahibədə bu cür sanksiyaların mümkünlüyü ilə bağlı suala cavab verərkən bundan narahat olduğunu bildirib.

"Sanksiyaların mümkün olduğunu başa düşməlisiniz. Bank sektorundakı sanksiyalar isə məhdudiyyətləri aşmaq üçün ehtiyat iqtisadiyyat yaratmağınız deməkdir", - deyə baş nazir izah edib.

Netanyahu sanksiyaları aşmaq üçün alternativ valyutalardan, eləcə də blokçeyn texnologiyasından istifadənin mümkünlüyünü qeyd edib. O, həmçinin bu sahədə bir planın hazırlanmasını əmr etdiyini bildirib.

Netanyahu həmçinin bir məqamda "Müdafiə Nazirliyinə on milyardlarla ABŞ yardımının" dayandırılacağını da irəli sürüb. "Bu, Amerikanın dəyişməsi ilə bağlıdır. İsrailin dəyişməsi ilə bağlı deyil. Hər şey bitib və ya bitəcək; bu, yalnız zaman məsələsidir", - deyə baş nazir yekunlaşdırıb.

Sərt beynəlxalq sanksiyalar deyəndə Netanyahu nələri nəzərdə tutur?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Bakupost”a bildirib ki, İsrail Baş naziri sözügedən bəyanatı yaxınlaşan seçkilər ərəfəsi mühafizəkar qüvvələri öz ətrafında daha sıx birləşdirmək məqsədilə söyləyib:

“Bu ayın sonu İsraildə parlament seçkiləridir. Bu əsasda Netanyahu mühafizəkar qüvvələrin daha çox səsini qazanmaq istəyir ki, baş nazir kürsüsünü qoruya bilsin. Ona görə də müxtəlif variantlar düşünür. Hətta yeni hərbi əməliyyatlar barədə açıqlamalar da verir. Ola bilsin, məhz bu hərbi əməliyyatlar barədə planlar qurarkən düşünür ki, beynəlxalq aləmin sanksiyaları ilə üzləşə bilər”.

Mərkəz sədrinin sözlərinə görə, İsrailin növbəti hərbi əməliyyatı əslində ABŞ Prezidenti Donald Trampın da maraqlarına cavab vermir:

“Çünki noyabrın 3-də Amerikada aralıq seçkiləri keçiriləcək. Belə vəziyyətdə, Netanyahu Trampı eşitməyərək, hərbi əməliyyatlar keçirməyə çalışacaqsa, ola bilsin Vaşinqtonun təzyiqilə də üzləşsin. Düzdür, bu Amerikanın İsrailə qarşı sanksiyalar tətbiqinə gətirib çıxarmayacaq. Ona görə ki, Amerikada güclü yəhudi lobbisi var. İsraili dəstəkləyən siyasi qruplar çoxdur. Amma hər halda, ABŞ adminstrasiyasının təzyiqi arta bilər. Güman ki, Netanyahu da məhz bunu nəzərdə tutaraq sanksiyalarla üzləşə biləcəklərinə işarə vurub”.

Rüfət Sultan,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Oktyabr 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri