Azərbaycan millisi Gimnaziadaya yollanıb FOTO
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan millisi ISF U15 Gimnaziada İdman Oyunlarına yollanıb.
İdman.biz xəbər verir ki, idmançılar və nümayəndə heyəti Serbiyaya iki qrupla gedir.
Səfərə yollanan birinci qrup bu gün səhər saatlarında Belqrada uçub. Heyətdə idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük (Ujiçe), taekvondo, karate (Pojeqa), güləş (Luçani), qılıncoynatma (Nova-Varoş) federasiyalarının təmsilçiləri yer alıblar.
Taekvondo, karate (Pojeqa), cüdo (Luçani), atletika (Priboy) və stolüstü tennis (Ujiçe) federasiyalarının tərkibində olduğu digər qrup isə saat 18:00-da Serbiya paytaxtına yollanıb. İdmançılar və onları müşayiət edən nümayəndələr Belqraddan yarışların keçiriləcəyi Zlatibor şəhərinə gedəcəklər. Azərbaycan aprelin 4-dən 14-dək keçiriləcək yarışda 18 idman növündə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, oyunların açılışı aprelin 5-də, bağlanış mərasimi isə aprelin 12-də Zlatibor şəhərində keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 04 Aprel 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















