Azərbaycan millisi Şabranda təlim məşq toplanışında iştirak edib
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşan qadın şahmatçılardan ibarət Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib.
Apasport.az xəbər verir ki, hazırlığa komandanın kapitanı Nicat Abasov və məşqçi Qədir Hüseynov rəhbərlik edib.
Təlim-məşqdən sonra milli komandanın üzvləri Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi ilə görüşüb. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov olimpiadaya hazırlıq proqramı və şahmatçıların mötəbər yarışa qədər hansı turnirlərdə iştirak edəcəyi ilə maraqlanıb.
Qeyd edək ki, qadın şahmatçılardan ibarət milli komandaya Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova dəvət olunub.
Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək davam edəcək.
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub Aydın Süleymanlı: “Valideynlərim də Maqnusa qalib gələcəyimi gözləmirdi” Şahmatçımız dünya çempionunu MƏĞLUB EDİB Azərbaycanın "Odlar yurdu" komandası şahmat üzrə dünya çempionatında mübarizə aparacaq Azərbaycan çempionu “UzChess Cup”da birinci yeri rəsmiləşdirdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 13 İyul 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















