Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Əl Zeydi, yoxsa Bərzani? Tramp seçim etdi

Əl Zeydi, yoxsa Bərzani? Tramp seçim etdi

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İraq federal hökuməti ilə İraq Kürdüstan Regional Hökuməti arasında neft yataqları və sərhəd keçid məntəqələrinə nəzarətlə bağlı mübahisə yeni səviyyəyə yüksəlib. 

“Cebheinfo.az” xəbər verir ki, İraqın Baş naziri Əli əl-Zeydinin sərhəd keçid məntəqələrini və bölgədəki bəzi neft yataqlarını federal hökumətin nəzarəti altına almaq barədə göstərişi Ərbil və Bağdad arasında gərginliyi artırıb.

Kürd administrasiyasının sərt reaksiyalarına səbəb olan qərarlardan sonra ABŞ Prezidenti Donald Tramp Baş nazir Zeydinin dövlət hakimiyyətini gücləndirmək səylərini dəstəklədiyini bəyan edib.

Tramp sosial şəbəkə hesabında İraqda neft qaçaqmalçılığı və korrupsiyaya qarşı mübarizənin vacibliyini vurğulayıb və bütün silahları dövlət nəzarəti altına almaq təşəbbüslərini dəstəklədiyini bildirib:

“Biz İraqın Baş naziri Əli əl-Zeydinin İraq boyunca dövlət hakimiyyətini qurmaq, İraq neft qaçaqmalçılığını dayandırmaq, korrupsiyaya son qoymaq və bütün silahları dövlətin müstəsna nəzarəti altına almaq səylərini dəstəkləyirik”.

Qeyd edək ki, noyabrın 24-də İraqın Baş naziri Əli əl-Zeydi Kürdüstan bölgəsindəki bütün sərhəd keçid məntəqələrinin federal Sərhəd Keçid Komissiyasının nəzarəti altına verilməsi barədə göstəriş verib.

Zeydi həmçinin, kürd təhlükəsizlik qüvvələrinin nəzarəti altında olan, lakin inzibati olaraq Kürdüstan bölgəsindən kənarda yerləşən Kərkük, Nineva, Diyala və Səlahəddin əyalətlərindəki bəzi neft yataqlarının idarəçiliyinin federal Neft Nazirliyinə verilməsini istəyib.

Təlimatlara həmçinin, Şimali İraq Kürd Muxtariyyətinin federal Neft Nazirliyinin təsdiqi olmadan xam neft və neft məhsullarının ixracının qadağan edilməsi də daxildir.

İraqın Baş nazirinin göstərişlərinə əsasən, İraq Sərhəd Qüvvələri Komandanlığına ölkənin beynəlxalq sərhədləri boyunca qanunsuz keçid məntəqələrini bağlamaq tapşırılıb.

Neft Nazirliyinin əməkdaşları, Enerji Polisi və milli təhlükəsizlik zabitləri Ərbil, Duhok və Süleymaniyyə əyalətlərinə giriş yolları boyunca keçid məntəqələrində yerləşdirilib.

Digər qərarlar neft quyularında elektron sayğacların quraşdırılmasını, boru kəmərlərinin rəqəmsal sistemlərlə monitorinqini, neft yataqlarının təhlükəsizliyinin artırılmasını və neft daşınmalarına daha ciddi nəzarəti əhatə edir.

Federal təhlükəsizlik nəzarəti xaricində fəaliyyət göstərən bəzi oksidləşmiş asfalt və nafta zavodlarının altı ay ərzində digər ərazilərə köçürülmələri əmr edilib.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri