Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Bakı ilə Tallinn arasında diplomatik məsafə qısalır

Bakı ilə Tallinn arasında diplomatik məsafə qısalır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın regional liderliyi Avropanın şimalında diqqət mərkəzindədir

Noyabrın 27-də Estoniya Respublikasının Bakıda daimi səfirliyinin rəsmi açılışı və xarici işlər naziri Marqus Tsahknanın Azərbaycana səfəri Baltikyanı region ilə Cənubi Qafqaz arasındakı diplomatik əlaqələri yeni institusional səviyyəyə yüksəltdi. 

Prezident İlham Əliyev Marqus Tsahknanı qəbul edərək ikitərəfli siyasi gündəliyin əsas istiqamətlərini müzakirə etdi. Estoniya xarici işlər naziri 1.3 milyon əhalisi olan ölkə üçün səfirlik açılmasının sıradan addım olmadığını, düşünülmüş və uzunmüddətli strateji qərar sayıldığını bildirdi. Rəsmi Tallinnin Cənubi Qafqazın aparıcı dövlətində daimi diplomatik nümayəndəlik təsis etməsi Avropanın şimal-şərq cinahı ilə Xəzər hövzəsi arasında siyasi etimadın artdığını sübuta yetirir. Səfirliyin təsis olunması iki dövlət arasındakı diplomatik təmasların gələcək illərdə daha da intensivləşəcəyindən xəbər verir.

Prezident İlham Əliyev ötən il Bakıda keçirilmiş görüşü məmnunluqla xatırlatdı. Dövlətimizin başçısı Azərbaycan ilə Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini qeyd etdi, hökumət nümayəndələri arasında görüşlərin müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin inkişafındakı roluna toxunan Prezident əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu vurğuladı. Dövlət başçısı Estoniya səfirliyinin Bakıda rəsmi açılışını ikitərəfli münasibətlərdə əldə olunan tərəqqinin göstəricisi kimi qiymətləndirdi. Marqus Tsahkna isə ölkəmizdəki sürətli inkişafın şəxsən şahidi olduğunu və Azərbaycanın regionda mühüm rol oynadığını qeyd etdi. 

Həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında təkbətək və geniş tərkibdə görüşlər keçirildi. Nazir C.Bayramov Estoniyanın Azərbaycandakı ilk rezident səfiri Tiina Nirki təbrik edərək nümayəndəliyin fəaliyyətə başlamasını siyasi iradənin təzahürü kimi dəyərləndirdi. C.Bayramov mətbuat konfransında bildirdi ki, ölkələr arasında münasibətlər hər zaman müsbət müstəvidə inkişaf edib, son dövrdə əlaqələrdə ciddi dinamika müşahidə olunur. Hazırda iki dövlət arasında 16 sənəd mövcuddur, daha 8 sənəd üzərində iş aparılır. Xarici işlər nazirlikləri arasında müntəzəm siyasi və konsulluq məsləhətləşmələrinin davam etdirilməsi razılaşdırıldı. Müqavilə-hüquq bazasının genişləndirilməsi tərəflərin əməkdaşlığı konkret hüquqi çərçivədə tənzimləmək niyyətini göstərir.

***

Bakı görüşlərinin diqqətçəkən siyasi məqamı Estoniya xarici işlər nazirinin regional sabitlik barədə səsləndirdiyi fikirlər oldu. Marqus Tsahkna açıq şəkildə bəyan etdi ki, regionda baş verən proseslər fonunda Azərbaycandan sabitliyin necə təmin olunması ilə bağlı öyrənəcəkləri çox şey var. Avropa İttifaqının və NATO-nun ön xəttində yerləşən Estoniyanın bu qiyməti vacib diplomatik faktdır. 

Azərbaycan ilə Estoniya arasında siyasi dialoq 35 ilə yaxın tarixi təcrübəyə və diplomatik münasibətlərə əsaslanır. Azərbaycan 1991-ci il dekabrın 6-da Estoniyanın, Estoniya isə 1992-ci il fevralın 20-də Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il aprelin 20-də qurulub. 2010-cu ildə Azərbaycanın Tallində səfirliyi fəaliyyətə başlayıb. Estoniya 2005-ci ildən Azərbaycandakı səfirini Türkiyədən akkreditə edib, 2014-cü ildə isə Bakıda diplomatik ofis açıb. Yüksək səviyyəli qarşılıqlı səfərlər də ikitərəfli əlaqələrin inkişafına təkan verib. 2009-cu il yanvarın 12-15-də Estoniya Prezidenti Toomas Hendrik İlves Bakıya rəsmi səfər edib, 2010-cu il aprelin 6-8-də isə Prezident İlham Əliyev Estoniyaya dövlət səfəri gerçəkləşdirib.

Baltikyanı dövlətlərin və Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın geosiyasi yanaşmalarında mühüm oxşarlıqlar mövcuddur. Hər iki tərəf keçmişdə imperiya asılılığından çıxaraq suveren dövlətçiliyini bərpa edib. Müasir dövrdə xarici təzyiqlər qarşısında dövlət müstəqilliyinin və sərhədlərin toxunulmazlığının qorunması həm Bakı, həm də Tallin üçün mühüm məsələdir. Bəzi Qərbi Avropa dövlətlərinin, xüsusən Fransanın Azərbaycana qarşı apardığı qərəzli siyasət fonunda Estoniyanın praqmatik və balanslı mövqeyi seçilən faktordur. Tallinin Azərbaycanda daimi səfirlik açması Avropada antiazərbaycan dairələrin diplomatik təcrid cəhdlərini zəiflədir. 

Bakıdakı mətbuat konfransında çoxtərəfli diplomatiya və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsindəki məsləhətləşmələr də diqqət mərkəzində oldu. Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in gələcək sədrliyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrə toxunaraq 2027, 2028 və 2029-cu illər üzrə sədr ölkələrin vahid paket şəklində təsdiqlənməsi təklifinin irəli sürüldüyünü və Azərbaycana təşkilata sədrliklə bağlı müraciət edildiyini bildirdi. Estoniya ilə beynəlxalq təşkilatlar çərçivəsində aparılan dialoq qlobal hüquq normalarının və dövlətlərin suveren bərabərliyi prinsipinin qorunması baxımından əhəmiyyət daşıyır.

Avropa təhlükəsizlik arxitekturasında ciddi dəyişikliklərə səbəb olan Rusiya-Ukrayna müharibəsi də nazirlərin müzakirə etdiyi mövzularından idi. Estoniya regiondakı münaqişənin nəticələrini yaxından bilən dövlət kimi beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini dəstəkləyir. Azərbaycan da uzun illər işğaldan əziyyət çəkmiş və ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş dövlət olaraq münaqişələrin beynəlxalq hüquq normaları əsasında həllini müdafiə edir. Bu məsələlərdə ortaq hüquqi yanaşmalar Bakı ilə Tallin arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə zəmin yaradır.

***

Rəqəmsal transformasiya və kibertəhlükəsizlik də Azərbaycan-Estoniya əməkdaşlığının perspektivli istiqamətlərindəndir. Prezident İlham Əliyevlə görüşdə informasiya texnologiyaları və rəqəmsal idarəetmə sahəsində əməkdaşlıq müzakirə olundu. Elektron dövlət quruculuğunda qabaqcıl təcrübəyə malik Estoniya ilə Azərbaycanın ASAN xidmət modeli əsasında qazandığı təcrübənin mübadiləsi xüsusi əhəmiyyət daşıyır. Bu sahədə birgə təşəbbüslər dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına, rəqəmsal infrastrukturun qorunmasına və institusional əlaqələrin genişlənməsinə töhfə verə bilər.

Parlamentlərarası əlaqələr də ikitərəfli münasibətlərin mühüm istiqamətlərindəndir. Azərbaycan Milli Məclisi ilə Estoniya Riqikoqusu arasında fəaliyyət göstərən dostluq qrupları siyasi dialoqun davamlılığını təmin edir. 2022-ci ildə Riqikoqun sədri Jüri Ratasın Bakıya, 2025-ci ilin martında isə Estoniya-Azərbaycan parlament qrupunun rəhbəri Riina Solmanın ölkəmizə səfəri bu əməkdaşlığın inkişafına töhfə verib. Parlamentlərarası təmasların genişlənməsi qarşılıqlı təcrübə mübadiləsi və qanunvericilik sahəsində əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyevin çoxşaxəli xarici siyasəti Azərbaycanla Avropa İttifaqı və NATO üzvü olan Estoniya arasında əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradıb. Estoniya xarici işlər nazirinin Azərbaycanın sabitlik təcrübəsinə maraq göstərməsi və Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasını dəstəkləməsi ikitərəfli münasibətlərin gündəliyində yeni imkanların olduğunu göstərir. Bakı ilə Tallin arasında siyasi dialoqun dərinləşməsi Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın inkişafına, eləcə də hər iki ölkənin ortaq maraqlarının reallaşmasına xidmət edir.

Yusif Şərifzadə

 XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri