Azərbaycan Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 26–27-də Ermənistanın Dilican şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən “Sülh körpüsü” təşəbbüsünün beşinci ikitərəfli dəyirmi masası başa çatıb.
APA-nın xəbərinə görə, “Sülh körpüsü” təşəbbüsü adından yayılan açıqlamada bildirilib ki, iki günlük görüşdə hər iki ölkədən ictimai təşkilatların, media və analitik-ekspert dairələrinin ümumilikdə 60-a yaxın nümayəndəsi iştirak edib.
Görüş zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə təsdiqlənmiş sülh gündəliyi, Ermənistan-Azərbaycan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması imkanları, eləcə də iki cəmiyyət arasında qarşılıqlı etimadın artırılmasına yönəlmiş mümkün addımlar müzakirə olunub.
İştirakçılar Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlıq, ticarət və kommunikasiya marşrutlarının yaradılması imkanları, humanitar məsələlər, gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması ətrafında fikir mübadiləsi aparıblar.
Dəyirmi masa çərçivəsində iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan və xarici işlər nazirinin müavini Vaan Kostanyanla da görüşüblər. Görüşdə onlara suallar ünvanlanıb, fikir və mövqelər müzakirə edilib.
Tədbir çərçivəsində komissiyalar formatında da iş aparılıb. İqtisadiyyat və infrastruktur, humanitar və ictimai məsələlər, ekologiya, media, təhsil, ictimai narrativlər və gənclərlə iş, eləcə də siyasi və geosiyasi məsələlər üzrə müzakirələr keçirilib.
Açıqlamada qeyd olunub ki, görüş iki cəmiyyət arasında birbaşa dialoqun, qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti addım olub.
“Sülh körpüsü” təşəbbüsünün fəaliyyətini və əməkdaşlığın genişləndirilməsinə yönəlmiş işlərini davam etdirəcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 27 Noyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















