Azərbaycan millisi səfərdə San Marino ilə qarşılaşacaq
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının ilkin mərhələsində növbəti oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, B qrupunda yer alan millimiz San Marinonun Serravalle şəhərində yeri komanda ilə qarşılaşacaq.
“Multieventi Sport Domus” zalında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Ötən gün ilk matçında Kosovo yığmasına 4:1 hesabı ilə qalib gələn U-19 San Marino seçməsinə məğlub olmasa, qrup birincisi kimi əsas mərhələyə vəsiqə qazanacaq.
San Marino (U-19. Futzal) - Azərbaycan (U-19. Futzal)
26 yanvar, saat 21:00
Timekeeper: Laurentiu Ilie (San Marino)
Hakim-inspektor: Stefan Weber (Almaniya)
UEFA nümayəndəsi: Maria Mayans (İspaniya)
"Multieventi Sport Domus" zalı
İdman.biz
Baxış sayı:144
Bu xəbər 26 Yanvar 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















